Dünyada hər kəs kimi dahi insanlar da müxtəlif səbəblərdən dünyalarını dəyişirlər, ancaq onların həyatı, yaradıcılığı kimi ölüm anları da özünəməxsus olur. Sizə məşhurların ölüm anında dedikləri sözləri təqdim edirik.
1. Şotland tarixçisi Tomas Karley ölüm ayağında cox sakit halda: “Hə, ölüm bu imiş sən demə!”
2. Bəstəkar Edvard Qriq: “Neyləmək olar, əgər bu qaçılmazdırsa..”
3. Kraliça Mariya Antuanetta edam olunmazdan əvvəl özünü cox sakit aparıb. Hətta dar ağacına yaxınlaşarkən bilmədən ayağını tapdaladığı cəllada: “Bağışlayın cənab, mən bunu bilmədən etdim” deyə üzr də istəyib.
4. Roma imperatoru Tiran Neron ölüm qabağı qişqırtı ilə: “Dahi bir artist ölür”
5. Vaslav Nijinski, Anatol Frans, Cüzeppe Qaribaldi, Corc Bayron ölümqabağı 1 söz deyiblər: “ANA”
6. Leonardoda Vinci isə ölümqabağı demişdir: “Mən Allahı və insanları təhqir etmişəm! Mən əsərlərimi istədiyim səviyyədə yarada bilməmişəm!”
7. Böyük Knyaz Mixail Romanov edam olunmazdan əvvəl öz sapoqlarını cəlladlara verərək: “Götürün, uşaqlar, geyərsiniz. Necədə olsa çar sapoqudur!”
8. Məşhur üsyançı William Wolsun ölüm zamanı işlətdiyi söz “AZADLIQ!”
9. Məşhur üsyançı Janna Darkın yandırılan zaman işlətdiyi söz “Mən sizin Allahı qəbul etmirəm”
10. Nəsimi soyularkən işlətdiyi söz: “Bir gün haqq qayıdacaq”
11. Səddam Hüseyn asılarkən “Kəliməi şəhadəti” oxumuşdur.
13. Mәhəmmәd Әmin Rәsulzadә 3 dәfә “Azәrbaycan” deyәrәk dünyasını dәyişmişdir.