«Ətirlərdən istifadə etməyən qadının gələcəyi yoxdur» demişdir Şanel. Bu həqiqətən də belədir. Ətir qadın obrazının əvəzolunmaz parçasıdır. Bəs, görəsən, dünya ulduzları obrazlarını hansı ətirlərlə tamamlayır?

Madonna: Annick Goutal «Falavril»

Ekzotik güllər və manqonun tünd qoxusu. Mmm! Madonnanın zövqü həqiqətən də möhtəşəmdir!

 

 

Angelina Jolie: Bvlgari «Black»

Zərif şərq qoxusu uzun illərdir ki, aktrissanın vizit kartıdır.

 

Cameron Diaz: Clinique «Happy»

Happy 1993-cü ildən bu günə qədər Clinique markasının ən uğurlu qoxusu sayılır. Cameron Diaz tünd olmağına rəğmən yormayan qoxuları sevən xanımlara məhz bu ətri məsləhət görür.

 

Gisele Bündchen: Yves Saint Laurent «OPIUM»

Baş döndərən şərq qoxusu narkotik kimidir. Bu cəlb edici əks cinsi valeh etmək üçün mükəmməl seçimdir.

 

Catherine Middleton: Jo Malone London «Orange Blossom»

Kate Jo Malone London markasını seçir. Hətta nikah mərasimində istifadə etdiyi ətir də Orange Blossom idi.

 

Keira Knightley: Dior «J’adore»

Bu qoxu həm də Keiranın anasına məxsus idi.