Adidas – Adi (Adolf) Daslerin – şirkəti təsis edənin adı ilə bağlıdır.
Adobe – Şirkətin təsisçisi Con Vornokun evinin arxasında axan Adobe Creek çayının şərəfinə adlandırılıb.
Apple – Stiv Cobsun ən sevdiyi meyvə olub. Adı qoyanda öz həmkarlarına ultimatum göndərib: “əgər 5 saat ərzində daha yaxşı ideya təklif etməsəniz, şirkətin adını Apple qoyacam”. Apples Macintosh ABŞ-da satılan alma növünün adıdır.
Google – Googol sözündən əmələ gəlib, 1 və arxasında 100 sıfır anlamını verir. Google isə bu ideyaya ilk investorluq edən şəxs tərəfindən çekə yazılmışdı. Bundan sonra onlar axtarıcını belə adlandırdılar.
Hotmail – şirkətin təsisçisi Cek Smitin ağlına dünyanın istənilən web nöqtəsindən elektron poçta giriş ideyası gəldi. Sabir Bxatia bu servisin biznes-planıyla ilk dəfə gələndə sonu “mail”lə bitən bütün sözləri yoxlamışdı, sonda hotmail-də qərarlaşdı. Çünki bu sözdə HTML (veb-səhifələrin işarələnmə dili) hərfləri var idi.
HP – (Hewlett-Packard) həmtəsisçilər Bill Hyulett və Deyv Pakkard kimin adının birinci gəlməsini təyin etmək üçün qəpik atmışdılar. Gördüyünüz kimi Bill qalib gəlmişdi.
İntel – həmtəsisçilər Bob Noys və Qordon Mur Moore Noyce adını seçmək istəyirdilər, amma belə məlum oldu ki, bu adda otellər şəbəkəsi artıq mövcuddur. Ona görə də onlar İNTegrated ELectronics (inteqrasiya olunmuş elektronika) adını seçdilər.
Kodak – “K” – şirkətin təsisçisi Corc İstmenin sevimli hərfidir. O, bu hərflə başlayan və bitən söz axtarırdı. Üstəlik “k” bütün əlifbalarda eyni cür yazılır. Sonda “Kodak” sözünü seçdi, guyamış ki, fotokamera şəkil çəkəndə bu səsi çıxarır.
LG – iki Koreya brendi – Lucky və Goldstar-ın baş hərfləri.
Mitsubishi – bu ad şirkətin təsisçisi Yataro İvasaki tərəfindən 1870 ildə düşünülüb. Yapon dilindən tərcümədə mitsu – üç, hishi – romb deməkdir. Ortadakı “b” hərfi təsadüfi deyil, belə ki, yaponlar sözün ortasındakı “h” hərfini “b” səsi kimi tələffüz edirlər. Loqotipdə bu öz əksini tapıb.
Motorola – şirkətin təsisçisi Pol Helvin bu adı şirkət maşınlar üçün radio istehsal etməyə başlayanda fikirləşib. O zamanın bir çox audio-komponetlər istehsal edən şirkətlərinin adı “OLA” ilə bitirdi.
Nike – ad qədim yunan qələbə tanrıçası Nikinin adı ilə bağlıdı. “Nayk” kimi oxunması isə düzgün deyil.
Nintendo – üç yapon heroqlifindən “nin-ten-do” dan yaranıb və “səma çətin işə xeyir-dua verir” kimi tərcümə olunur.
Nokia – əvvəllər ağac emalı ilə məşğul olan şirkət kimi başlayıb və rezin məhsullar istehsalına qədər böyüyüb. Ad isə fin şəhəri Nokianın adıdır.
Reebok – balaca və çox sürətli afrika antilopunun adıdır.
Samsung – koreya dilindən tərcümədə “üç ulduz” deməkdir.
Sharp – ad keçən əsrin 10-cu illərində tokiolu Tokuci Xayavakanın icadı olan – həmişə iti, heç vaxt yonulmağa ehtiyacı olmayan karandaş mexanizminin adından gəlir.
Subaru – şirkət bürcün şərəfinə adlandırılıb. Həmin bürc loqotipdə öz əksini tapıb.
Yahoo – sözünü Conatan Svift “Qulliverin Səyahəti” kitabında qələmə alıb. İtələyici, iyrənc adamı bu cür adlandırırdılar. “Yahoo”nun həmtəsisçiləri Ceri Yanq və Devid Filo özlərini yahoo adlandırdıqları üçün şirkəti də belə adlandırdılar. Belə ki, şirkətin rəsmi adı Yet Another Hierarchial Officious Oracle kimi qeydiyyatdadır.
Yandex – Yet Another İndexer (başqa bir indeksləyici) adından əmələ gəlib.
Rambler – ingilis sözü olan Ramblerdən gəlir və bəhanəçi mənasını verir.