1. FRİDA
Film, sənət tarixinin qeyri-adi insanlarından biri olan Frida Kahlo’nun həyatından bəhs edir. Frida’nın məşhur sevgisi, qadın düşkünü olan Diego, Frida’ya ‘özünü fərqli qadınlarla birlikdə olmaqdan çəkindirə bilməyəcəyini, amma yalnız onu sevəcəyini söyləmişdir. Bu isə Frida tərəfindən anlayışla qarşılanmışdır. Ancaq zamanla əlaqələri problemli bir hal almağa başlayacaqdır.
2. Modigliani
Çəkdiyi şəkillərin gözlərini boş buraxaraq rəsmlərinə imzasını atan, rəqiblərinin əksinə şəkillərinin satılmasını əhəmiyyətsiz hesab edən və zamanın zəngin rəssamlarının əksinə kasıb yaşayan, cəmiyyətin təriflərinə baxmayaraq onların ruhsuzluğunu üzlərinə vurmaqdan da geri çəkinməyən bir şəxsiyyətin həyatından bəhs edir.
3. Johannes Vermeer
Ssenarisi Tracy Chevalier’in romanından götürülən film, Hollandiyalı rəssam Johannes Vermeer’in “İnci Sırğalı Qız” tablosunun yaradılış prosesini əhatə edən hadisələri canlandırır. Tablodakı qız haqqında çox az məlumat bilinməkdədir. Hər nə qədər hər hansı bir tarixi dəlil olmasa da rəssamın evində, uzun illər ailəsi ilə birlikdə yaşamış bir xidmətçi olduğuna dair fərziyyələr mövcuddur. Bu mükəmməl filmdə, tablodakı qızın sirrli həyatını yenidən canlandırmaq istəmişlər.
4. KLİMT
Rejissorluğunu Raoul Ruiz’in etdiyi bu film, 19-cu əsrin sonunu xüsusi ustalıqla canlandırır. Hadisələrin mərkəzində dövlətin rəssama sifariş verdiyi alleqorik tabloyla bağlı böyük skandal dayanır.
5. AUGUSTE Renoir
1915-ci ildə Cote d’Azur bölgəsindəyik. Burada yaşayan məşhur rəssam Auguste Renoir arvadının ölümü ilə ağrı-acılara təslim olmuşdur. Həyatı təmənnasız bir şəkildə yalnız yaşamaq üçün yaşamaqda olan məşhur rəssam, Andree adlı gözəllər gözəli bir gənc qadının həyatına girməsiylə yeni bir möcüzəyə şahid olur. Gəncliyinin ən gözəl dövründə olan Andrée, rəssamın yeni modeli olur və ona yalnız sənət mənasında deyil həyati olaraq da ilham və enerji aşılamağa başlayır. Tam da bu sırada döyüşün davam etməkdə olduğu sərhəd cəbhəsində yaralanan oğlu Jean, atasının yanına, geri dönür. Andrei, gənc Renoir’yı da özünə heyran edir.
6. FRANCİSCO Goya
Francisco Goya, 1700-cü illərin sonunda İspaniyanın ən məşhur rəssamı olaraq Kral IV Carlosun himayəsində sənətinin ən müvəffəqiyyətli əsərlərini hazırlamaqdadır. İlham pərisi olaraq qəbul etdiyi gözəllər gözəli Inés, inkvizisiya Məhkəməsi və bu məhkəmənin qərarlarına gizlidən gizliyə təsirdə olan rahib Lorenzo tərəfindən əxlaqsızlıq və cəmiyyət dəyərlərinə qarşı gəlməklə günahlandırıldıqdan sonra Goya, Inés’in bağışlanması üçün böyük mübarizə aparacaqdır.
7. REMBRANDT
1936-cı il istehsalı olan bu film 17-ci əsrin ehtiras dolu rəssamı Rembrandt’ın həyatından bəhs edir. Film, 1642-ci ilin Amsterdam’ında usta rəssam Rembrandt Van Rijn’in heyran edici gözəllikdəki məhşurluğu və zənginlikdən ibarət həyatının çox sevdiyi arvadının ölümü ilə dəyişməsini, Rembrandt’ın qaranlıq və acı dolu əsərlər hazırlamağa başlamasını canlandırır.
8. ARTEMİSİA
Artemisia Gentileschi (1593-1653) çox məşhur qadın rəssamların ilkidir. Film onun hələ uşaqkən atası Orazio Gentileschi (Michel Serrault) tərəfindən qorunub və istiqamətləndirilməsindən bəhs edir.
9. POLLOCK
İncəsənətə yeni bir ölçü gətirən işləriylə sənət tarixində önəmli yeri olan Amerikalı rəssam Jackson Pollock’un problemlərlə dolu həyat hekayəsindən bəhs edir.
10. PİCASSO
Rejissorluğunu Ceyms Ivory’nin etdiyi fimdə rəssam/heykəltəraş Picassonun, həyatının müxtəlif dövrlərinə damğa vurmuş qadınlarından və sənət həyatından bəhs edilir.
11. SALVADOR DALİ
Salvador Dali, böyük bir rəssam olma xəyalı ilə 18 yaşında universitetə girmişdir.Onun utanğaclığı və qəribə xarakteri, universitetdə ictimai təbəqədən iki insankn diqqətini çəkmişdir ; Federico García Lorca və Luis Buñuel.
Film bu üçlünün gənclik dövrlərini, dostluqlarını, fərqli istiqamətdən əlaqələrini və öz sahələrində bir rəssam, bir şair və bir rejissor olaraq inkişaf etmələrindən bəhs edir.
12. MARGARET Keane
1950-ci illərdə çəkdiyi özünə xas iri gözlü uşaq tablolarıyla tanınan Amerikalı rəssam Margaret Keane’in, həyat yoldaşı Walter Keane ilə yaşadıqlarından bəhs edən film, Keane cütlüyünün aralarındakı iqtidar gərginliyini mövzu alan bioqrafik filmdir. Walter Keane, pul və şöhrəti qazandıqdan sonra həyat yoldaşı Margareti kölgədə qoyur.
13. VAN GOGH
Məşhur rəssam Van Qoq ‘un gəncliyi, ailəsiylə əlaqələri, qardaşı Teo ilə məktublar vasitəsilə davam edən bərabərliyindən bəhs edən və Anthony Quinn’in Oscar aldığı film 4 mükafata namizəd olmuşdur.