Bu əfqan qızın şəklini fotoqraf Stiv Mak-Karri 1984-cü ildə çəkmişdir. Müharibə haqqında məlumatları toplayarkən fotoqraf qaçqın düşərgəsinə baş çəkir. Düşərgədə yerləşən ibtidai məktəbdə fərqli baxışlara malik qız fotoqrafın diqqətini çəkdi. Məktəbdə çalışan müəllimə fotoqrafa izah etdi ki, bu qızın valideynləri onların kəndlərinə hücum zamanı vəfat etmişdir. Qızcığaz isə bacıları,qardaşı və nənəsi lə canını qurtara bilmişdir. Bundan sonra ailə 2 həftə boyu dağlı yolları keçərək sərhədə gəlmişdir. Jurnalist tələsik şəkildə qızın şəklini çəkir və onun sonrakı taleyi barədə məlumat əldə edə bilmir. Hansı ki, bu fotoşəkil fotoqraf-jurnalistə məşhurluq gətirmişdir.

http://imageshack.com/a/img540/8683/jiKL9K.jpg

http://imageshack.com/a/img538/844/KpikpU.jpg

http://imageshack.com/a/img538/2434/KuBGzo.jpg

Fotoşəkil 1985-ci ildə National Geographic jurnalının üz qabığı seçiləndən sonra, bu fotoşəkil jurnalın tarixi boyu ən populyar üz qabığına çevrilir. Həmin andan etibarən Stiv Mak-Karri hər gün saysız hesabsız zənglər, məktublar alır. Bir çoxları bu qızcığazın həyatı ilə maraqlanırdı.


http://imageshack.com/a/img661/6953/RzjIKG.jpg

Lakin, 17 il müddətində qaçqın düşmüş qızın taleyi naməlum qalır. Yalnız, 2001 –ci ildə taliban rejimi devriləndən sonra National Geographic Stiv Mak-Karri başda olmaqla Əfqanıstana axrarış komandası göndərir. Beləliklə, uzun müddət naməlum qalan əfsanəvi qaçqın qız tapılır. Şərbət Qula adlı həmin qız tapılanda artıq o, 30 yaş civarında idi.


http://imageshack.com/a/img661/9108/Emxxy9.jpg

Şərbət Qula özünün məşhurluğundan xəbərsiz idi, lakin qaçqın düşərgəsindəki həmin anları yaxşı xatırlayırdı. Qadın jurnalistlərə artıq 1992-ci ildə vətəninə döndüyünü, ailəyə və 3 uşağa sahib olduğunu anlatmışdır. Şərbət Qulanın ən böyük arzusu öznünü tamamlaya bilmədiyi təhsili uşaqlarına tam verməkdir.


http://imageshack.com/a/img538/8074/fesFZJ.jpg

http://imageshack.com/a/img907/7694/0ljQgE.jpg

http://imageshack.com/a/img537/8262/qwjErz.jpg

http://imageshack.com/a/img901/5360/4Eqwjw.jpg