Hakim yerinə oturdu. Məhkəmə başladı.
İttiham olunan kimdi? Təbii ki …Türk… Cinayətləri nə? Saymaqla bitməz…
Hakim dedi:
…Ey Türk ayağa qalx!
Türk cavab verdi:
-Türk onsuz da ayaqda!
Hakim əsəbləşdi:
-Günahkarsan…
Türk qışqırdı:
-Nədi cinayətim?
Hakim dişini ağardaraq:
-Türk olmağın kafi…
Türk dözə bilmədi:
-Bəli, günahkaram. I Dünya müharibəsi illərində Ərzurumda, Vanda, Iğdırda, Sivasda, Ərzincanda, Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda erməni terrorçuları tərəfindən soyqırıma məruz qaldım amma yenə də soyqırımda ittiham olunan Mənəm. Bu hələ harasıdır… . Kiprdə vəhşicəsinə beşikdə öldürülən yenə Mənəm, amma günahkar da Mənəm!
Hakim çaşmış halda:
-Demək etiraf edirsən?
Türk:
-Bəli, etiraf edirəm. -30 dərəcədə Vətənimi müdafiə etdim. Günahkaram. XOCALIDA, QARADAĞDA, AĞDABANDA, MEŞƏLİDƏ, KƏRKİCAHANDA, BOĞANES-AYRIMDA, CƏMİLLİDƏ amansızca qırıldım, amma günahkar Mənəm! Bütün sərvətlərimi 14 Respublikayla böldüm, yenə günahkaram! Qanunsuz elektrik istifadə edən şərəfsizlərin hesablarını da Mən ödədim, amma yenə Mən günahkaram. Çanaqqalanı keçilməz edən Mənəm, amma onda da günahkaram.

Hakim:
Bax sən…Nələr də bilirmiş?…
Türk:
-Hələ bu nədir ki?! Yunanı İzmirdə dənizə tökən Mənəm! Bilirsinizmi 1453-ü? Bax o tarixdə gəmiləri qurudan keçirdib İstanbulu fəth edən də Mənəm! 1918-də Avropadan, Amerikadan qabaq Qadınlara seçki hüququn verən də Mənəm! 1919-cu ildə Andraniki məğlub edib ayaqlarımın arasından keçirdən də Mənəm!
Hakim:
-Həyasız… Sus…!

Türk:
-Türk susmaz, Hakim bəy. Hələ bir hərəkətim var ki…

Hakim:
-Hansı?
Türk:
-1071-dəki hərəkətimi dünya unutmadı! Bizanslı Diyogeni məğlub edib Anadolunu həmişəlik Türk Yurdu etmişdim…!

Hakim:
-Demək Sən etdin?!
Türk:
-Bu nədir ki?! Qüdsü Xaçlılardan alan da Mənəm!

Hakim:
-Daha nələr deyəcəksən?

Türk:
-ASALA deyə bir terrorçu təşkilatı yerli-dibli məhv edən Mənəm! Amma burda da günahkaram. İngilislərə qarşı Məkkə və Mədinəni müdafiə edən, ac və susuz qalan amma təslim olmayan da Mənəm! Bolqarıstandan sürgün olunan, Yunanıstanda öldürülən, Bosniyada diri-diri yandırılan, Qərbi Azərbaycanda iki dəfə soyqırıma məruz qalıb qırılan və sürgün olunan da Mənəm! Və Mən “Mən” olduğum üçün günahkaram. Mən Türkəm!…Kocatepe’də, Dumlupınar’da, İnönü’də Sizə qarşı döyüşən də Mənəm! Sizi diz çökdürən, bu torpaqlardan qovan da Mənəm!

Hakim:
Bunların hamısın qeyd edin…

Türk:
-Başqa cinayətlərim də var. 20 ildir torpaqlarında düşmənin at oynatdığını görməyən, yatan, qulaqlarını tıxayan, Milli və Dini şəxsiyyətini unudub sizin istədiyiniz kimi olan Mənəm!!! “Əssalamü əleyküm” yerinə “Hello”, “Əsən qalın” yerinə “Bye” deyən də Mənəm! Onlarla mahnı əzbərləyib, buna baxmayaraq Tarixini, Quranı oxumağa ərinən də Mənəm! Dəlilər kimi rəqs edib sərxoş olan, bütün günü çatlaşan, amma 2 rükət Namazı qılmağı bacarmayan, Qarabağ həqiqətlərini yaymağa ərinən də Mənəm!

Günahkaram…..

MƏN;
Amerikan deyiləm!
İraqda, Əfqanıstanda, Liviyada vətəndaşları güllələmədim, bazarları, xəstəxanaları bombalayan Mən deyiləm!
İngilis deyiləm!
Günahsız insanları kəsmədim, insanları qul etmədim!
Rus deyiləm!
Çeçənləri qılıncdan keçirmədim!
İtalyan deyiləm!
Fürsətdən istifadə edib qan tökmədən torpaq tələb edim!
erməni deyiləm!
Hamilə qadınların qarnın deşmədim!

MƏN;
Qorxusu sədd tikdirən Türkəm!
12 dəqiqədə döyüş bitirən Türkəm!
40 adam ilə çin sarayını basan Türkəm!
Quruda gəmi aparan Türkəm!
275 kiloqramlıq top mərmisin belimdə daşıyan Türkəm!
Tək 57 erməni öldürən Türkəm!
Dünyanı bir mədəniyyətdən digərinə keçirdən Türkəm!
İllərdir quruda və dənizdə aypara hərbi taktikasını tətbiq edən Türkəm!

NƏ MUTLU TÜRKƏM DEYƏNƏ!!!