1. Oyun oyunçular yorulanda bitir.
2. Hakim olmur.
3. Penal yıxılan oyunçu əgər şüvən salarsa verilir.
4. Hesab qeyri real olur; məsələn 12-8.
5. Topun yiyəsi inciyib gedərsə oyun bitir .
6. Ən kök oyunçu qapıçı olur.
7. Penal olduğu zaman qapıçı dəyişərsə, 2 dəfə penal vurulur.
8. Topun sahibi qapıcı durmur
9.Topu uzağa vurdunsa ya da qonşunun həyətinə düşdüsə sən gedib gətirməlisən.
10.Topun sahibi kimdirsə oyunun şərtləri də onun tərəfindən qoyulur.
11.Ofsayt , aut , kart sistemi qüvvədən düşür.
12.Oyun axşama qalırsa hesab azalır və ” son qol ” oynanılır.
13. “Vorotor İqrok” anlayşı yaranır. Uşaq həm qapıçı , həm oyunçu kimi oynaya bilər
14.Udan komanda “gedin məşq eliyin” ifadəsini mütləq işlədir.
15.Oyun bitən kimi uduzan komanda “sabah sərinlik düşəndə bir də oynayaq ? ” deyir.