İctimai nəqliyyat ölkəmizdə olduğu kimi dünyanın hər yerində ödənişlidir. Bəzi ölkələrdə, əlillər, yaşlılar və bu kimi qruplar üçün güzəştli gedişlər mövcud olsa da, hər kəs üçün nəqliyyatın tamamilə ödənişsiz olduğu ölkə yoxdur, amma Lüksemburq ictimai nəqliyyatı tamamilə ödəniş hala gətirməyi planlayır.
600 mindən çox insanın yaşadığı ölkədə 1 martdan etibarən avtobus, qatar və tramvaylarda hər kəs üçün gediş haqqı pulsuz olacaq. Keçən yaydan etibarən 20 yaş altı insanlar üçün nəqliyyat onsuz da ödənişsiz hala gətirilmişdi, artıq bu vəziyyət bütün yaş qrupları üçün keçərlidir.
Sadəcə xarici nəqliyyatlar və A class dediyimiz biletlər ödənişli olmağa davam edəcək. 2018-ci ildən bu yana hazırlanan bu plan haqqında belə deyilir:
Artıq heç kimin bilet almağa ehtiyacı yoxdur, sadəcə kontrol zamanı kimliklərini göstərmələri kifayətdir.
Avropanın ən balaca ölkələrindən olmasına baxmayaraq, Lüksemburqda nəqliyyat sıxlığı olduqca yüksəkdir. 2016-cı ildə aparılan araşdırmaya görə orada yaşayan bir insan 33 saatını nəqliyyatda itirmiş olur. Paytaxtın əhalisi 110 min olmasına baxmayaraq, hər gün 400 min insan oraya işləmək üçün gəlir. Digər tərəfdən, 200 min insan Fransa, Belçika və Almaniya kimi ölkələrdən çalışmaq üçün Lüksemburqa səyahət edir.