London şəhərində şəhzadə II Elizabetin yaşadığı Bukinqem sarayının yerləşdiyi ərazidə hava Avropa standartından dörd dəfə artıq çirklənib.
Qrosvenor Pleys küçəsində bir kubmetr havada 152 mikroqramm azot dioksid var. Bu 40 mikroqramm normasından təxminən dörd dəfə çoxdur.
“Londonda təmiz hava” təşkilatının sədri Saymon Birkett: “Yüz minlərlə turist və şəhər sakini hər il havanın yüksək dərəcədə çirkliliyindən əziyyət çəkir” deyib.
Londonda ən çirkli havası olan ikinci küçə isə Oksford Stritdir.