- Limon kaliumla zəngin meyvədir. Kalium insan sağlamlığı üçün ən vacib minerallardan biridir. Belə ki, kaliumun ürək sağlamlığını qoruduğu, sinir sisteminə yaxşı təsir etdiyi, yuxu problemlərini aradan qaldırdığı aparılan tədqiqatlar nəticəsində sübuta yetirilib.
- Limon antioksidant və C vitamini ilə zəngin olduğu üçün xərçəng xəstəliyinə tutulma riskini azaldır.
- Bu meyvə minerallarla və vitaminlərlə zəngin olduğu üçün immunitet sistemini gücləndirməyə qadirdir. Ona görə də, limon soyuqdəymənin və qripin düşməni hesab edilir.
- Limon, ürəyinizi qüvvətləndirər və rahatlaşdırar.
- Limon, tam bir qan təmizləyicisidir.
- Qida zəhərlənmələri halında limon yeyilməsi və ya suyu içilməsi olduqca fayda göstərir.
- Limonlu su digər faydaları ilə yanaşı tərkibində C vitamini olduğundan bədəni toksinlərdən təmizləyir. Həmçinin tənəffüs yollarında olan problemi aradan qaldırmağa kömək edir.
- Limon, antibakterial xüsusiyyəti sayəsində tənəffüs yolu infeksiyalarından qurtulmaqda və öksürəyin azaldılmasında faydalıdır.
- Tərkibindəki kalium sayəsində depressiyadan azad olmağa, unutqanlığa və beyin sisinin ortadan qalxmasında effektlidir.
- Ağızda yaranan pis qoxuların qarşısını almaqda insana yardımcı olur.