Əslində insanların özündə olmayanları başqasında axtarması bir az haqsızlıqdır. Hər dərdimdə yanımda olsun, zəngin olsun, anlayışlı olsun, olsun da olsun … Əgər mövzu evlilikdirsə, qadın da olsa kişi də olsa əhəmiyyətsiz heç bir xüsusiyyət yoxdur. Hər xüsusiyyət, hər detal çox əhəmiyyətlidir. Bir həyatı paylaşacaq iki insanın ən əhəmiyyətlisi bir-birinə sonsuz hörməti və anlayışı olmalıdır. Әlbəttə ki, mənfi şeylər də olacaq, amma siz mənfiliklərə ilişib həyatı özünüzə və qarşınızdakına zindan edən birisinizsə xahiş edirik evlənməyin ya da çoxalmayın. 🙂 Çünki bu dünyanın xoşbəxtliyi görən, xoşbəxtliyi paylaşan və onu çoxaldan fərdlərə daha çox ehtiyacı var…


    LIFE jurnalı 1956-ci ildə ABŞ milli araşdırma mərkəzinə müraciət edərək, bir sorğu hazırlamalarını istədi. Evlilik çağındakı bir qrup gənc qadınla ediləcək sorğuda, qadınlardan evlənəcəkləri kişidə axtardıqları xüsusiyyətlər soruşulacaqdı. Jurnalın redaktorları bu mövzunun həm qadınların, həm də özünə yoldaş axtaran gənc kişilərin marağını çəkəcəyini çox yaxşı bilirdi. Nəticədə ortaya redaktorların gözləntisindən daha üstün bir nəticə çıxdı..


    Qadınlar, gözlənildiyi kimi, ideal bir kişidə axtardıqları fiziki, intellektual və emosional xüsusiyyətləri ehtiva edən uzun bir siyahı hazırlamışdılar. Siyahıya görə ideal ər uzun boylu, mavi gözlü, dürüst və mədəni, idmançı, ev işlərində aktiv rol alan, ümumi mədəniyyəti yüksək, sabit bir kariyeraya sahib, lazım olduğunda ağızıyla quş tuta bilən biriydi… Qadınlar evlənəcəkləri kişidə görmək istəmədikləri xüsusiyyətləri də sıralamışdı. Bu siyahıya görə isə evlilik çağındakı gənc xanımlar əmr etməyi sevən, çox sahiblənən, dominant, qohum və dost ziyarətlərinə icazə verməyən kişilərdən ideal ər olmayacağını düşünürdü.


    Qadınlardan o dövrün məşhur şəxsiyyətlərindən ideal ərə nümunələr vermələri istənildiyində isə ortaya çox fərqli bir nəticə çıxmışdı. Araşdırmaya qatılan iyirmi yaşlardakı qadınlar William Holden, Rock Hudson, Elvis Presley, Marlon Brando, James Dean və Amerika prezidentlərindən John F. Kennedy, Dwight Eisenhower və Richard Nixon kimi, hazırladıqları siyahıya uyğun gəlməyən kişiləri ideal ərə nümunə göstərmişdilər. Siyahının əvvəlində isə müğənni və televiziya aparıcısı Perry Como vardı.

Perry Como uzun boylu biri sayılmazdı. Ayrıca gözləri də qadınların siyahıda qeyd etdiyi kimi mavi deyildi, qəhvəyi idi… Üstəlik Como həyatında bir dəfədə həyat yoldaşına qab-qacaqları yuyarkən kömək etməmişdi. Ancaq Perry Como’nu xüsusi edən bir şey vardı: Gənclik sevgisi Roselle ilə evlənmiş və 65 il xoşbəxt evlilik yaşamışdı. Araşdırmaya qatılan qadınlar sanki o dövrdə bunu sezmiş kimi Como’nu ideal ər olaraq seçmişdilər. 🙂




LIFE jurnalı da 1956-cı ildə çap olunan məqaləyə yoldaşlıq edəcək fotoşəkil çəkilişlərində Perry Como’nu istifadə etməyə qərar vermiş və belə əyləncəli bir iş ortaya çıxarmışdı:


1. İdeal ər rəqs etməyi bacarmalıdır.

Qadınlar, ərlərinin onları kinoya aparmasını ya da yeməyə aparmasını istəyirdi. Amma ən əhəmiyyətlisi ideal ər, rəqs etməkdən çəkinməməli idi. Fotoşəkildə Perry Como partnyoru ilə rəqs edir və bunu edərkən də onun ayağına tapdalayır. Araşdırmaya qatılan qadınların 69%-i kişilərin yaxşı rəqs edib etməməsinin əhəmiyyətli olmadığını qeyd etmişdi. Qadınların tək istədiyi yoldaşlarının onlar üçün ən azından rəqs etməyə cəhd etməsi idi.


2. İdeal ər idmançı olmalıdır.

Bu fotoşəkildə Como qadınların evlənəcəkləri kişidə axtardığı ‘idmançı olma’ xüsusiyyətini məsxərəyə qoyan bir poza vermişdir. Çünki araşdırmada qadınların bir çox fərqli idman sahəsi ilə məşğul olan “ideal ər” təsvir etdikləri ortaya çıxmışdı.


3. İdeal ər ev işlərində köməkçi olmalıdır.

Araşdırmaya qatılan qadınlar ideal kişinin ev işlərində onlara kömək etməkdən çəkinməyəcək biri olmasını istədiklərini dilə gətirmişdi. İdeal ərin evdəki təmir işlərindən və bağça işlərindən də anlamasının vacib olduğu da qadınlar tərəfindən ayrıca vurğulanmışdı. Bütün bunlara əlavə olaraq ideal ər şən və əylənməyi sevən biri olmalı idi.


4. İdeal ər dominant olmamalıdır.

Qadınlar axtardıqları ideal ərin ağır xarakterli olmaması söyləmişdilər. Bu fotoşəkildə Como, əlində bir qamçıyla yoldaşını rəqs etməyə məcbur edir. Qadınlar dominant kişilərə nifrət edir, amma sakit kişiləri də seçmir. İdeal ər lazım olduğu zaman yumruğu masaya vurmağı bilməli, ancaq əhəmiyyətli qərarlar alarkən həyat yoldaşından məsləhət almalı imiş.


5. İdeal ər mədəni olmalıdır.

İdeal həyat yoldaşı təhsilli, mədəni, dünyagörüşlü olmalıdır. Perry Como da dərhal eynəkləri gözünə taxıb ideal ər profilinə bürünmüşdür.


6. İdeal ər gözəl cümlələr qurmağı bacarmalıdır.

Fotoşəkildə, Perry Como da hekayəsiylə xanımını ovsunlayan ər rolunu canlandırmışdır.


7. İdeal ər nəzakətli olmalıdır.

Fotoşəkildə Perry Como, qadınların nifrət etdikləri kobud həyat yoldaşını canlandırır.


Və nəhayət araşdırmada qadınlar qısqanc, həyasız və təmkinli olmayan kişilərdən də ideal ər olmayacağını da vurğulayırdılar.