Dadından həzz alacağınız, Fransa mətbəxinin ləziz şirniyyatı olan krem karamelin reseptini paylaşırıq!
Lazım olan ərzaqlar:
1 litr süd, 2 su stəkanı şəkər tozu, yarım stəkanı su, 6 yumurta, 2 ədəd vanil
İndi isə hazırlanma qaydasına keçirik. Bir su stəkanı şəkər tozunu və suyu bir tavanın içinə töküb bir az isti qazda karamel halına çevrilənədək qaynadırıq. Hazırladığımız karameldən hər birinə 1 yemək qaşığı olmaqla fincanalara tökürük. Bu prosesi tez etmək mütləqdir, yoxsa yumşaqlığını itirir, bərkiyir.
Fincandakı karamel soyuyana qədər biz də sous hazırlamağa başlayırıq. Və sobanı 180 dərəcə isti edirik.
Böyük bir kasanın içinə 6 yumurta və yarım su stəkanı şəkər tozu qatıb, yaxşıca qarışdırırıq. Südü qazana töküb üzərinə yarım su stəkanı şəkər tozu əlavə edib qarışdırırıq. İlıq olana qədər ocağın üstündə istiləşdiririk.
Yumurtanı qarışdırdığımız kasanın içinə ilıq olan süddən əlavə edib, eyni zamanda qarışdırmağa davam edirik. Südün hamısını əlavə etdikdən sonra 2 ədəd vanili də əlavə edirik, bir az da qarışdırırıq (çırpırıq).
Hazırladığımız qarışığı karamel əlavə etdiyimiz fincanlara tökürük. Fincanları bir tavaya qoyub, tavanın dibinə 1-2 barmaq yüksəkliyində su əlavə edirik. Əvvəl 180 dərəcə istiləşdirdiyimiz sobada 30 dəqiqə bişiririk.
Bişmiş krem karamellərimizi ən az 3 saat gözləyirik. Bir gün sonra yeməyinizi daha çox tövsiyə edirəm.
Bıçağın köməyi ilə fincan kənarlarını açıb, tərsinə çevirib servis edə bilərsiniz.
Nuş olsun!