Layza Cenovanın müəllifi olduğu “Still Alice” əsərindən seçilmiş sətirləri sizinlə paylaşırıq. Əsərdə 50 yaşlı, evli və üç övladı olan, Harvard Universitetində psixologiya fənni üzrə professor kimi çalışan Elis Haulend adlı qadının həyatından bəhs edilir. Bir gün ona Alzheimer xəstəliyi diaqnozu qoyulur, bu hadisədən sonra professorun həyatı tamamilə dəyişir.

Bu əsərin süjet xətti əsasında 2014-cü ildə eyniadlı “Still Alice” filmi çəkilmişdir. Filmin IMDb balı 7.5-dir.

“Gələn dəfə nəsə axtaranda özünü elə apar ki, guya qadınsan.”

“Alzheimer xəstəliyi diaqnozu al-qırmızı “A” hərfi ilə damğalanmaq deməkdir.”

“Harvardın rəsmi qaydalarına əsasən, tələbələrin dərsə gecikən müəllimi iyirmi dəqiqə gözləmələri tələb olunur. Bu müddət ərzində professor mühazirəyə başlamasa, dərs rəsmi olaraq təxirə salınır.”

“O, Altsheymer xəstəsi olduğunu, xəstəliyin müalicəsində istifadə olunan iki yararsız dərmanı içdiyini və öz xəstəliyini müalicə oluna bilən digər heç bir xəstəliyə dəyişə bilmədiyini qəbul etmiş, bununla barışmışdı. Belə olan halda Elis nə istəyə bilərdi? Süni mayalanma işə yarasaydı, o, Annanın uşağının öz nəvəsi olduğunu bilərək qucağında tutmaq istəyərdi. Lidiyanın arzusunda olduğu bir rolu ifa elədiyini görmək istəyərdi. Tomun həqiqi eşqə düşməsini görmək istəyərdi. Conla birgə bir daha yaradıcılıq məzuniyyətinə çıxmaq istəyərdi. Oxumaq qabiliyyətini itirməmiş mümkün qədər çox kitab oxumaq istəyərdi…

Elis güldü. Özü-özünə arzularına təəccübləndi. Arzular siyahısında linqvistikaya, müəllimliyə və ya ümumiyyətlə, Harvarda aid heç nə yox idi. O, dondurmasını yeyib bitirdi. Daha çox gözəl, isti günlər və vaflili dondurmalar istəyərdi.

Xəstəliyinin ağırlığı dondurmanın həzzini üstələdikdə isə ölmək istəyərdi.”

“İtirdiklərimi heç vaxt geri qaytara bilməsəm də, sahib olduqlarımı qoruyub saxlaya bilərəm.”

“Tom istehza ilə deyirdi ki, onun tanıdığı bütün tibb tələbələri və cərrahlar ayaqüstü nə gəldi yeyirlər – donatlar, çipslər, avtomat cihazların və xəstəxanadakı yeməkxananın yeməkləri. Lift əvəzinə pilləkənlərdən istifadə etmələrini çıxmaq şərtilə, onlardan heç birinin idman etməyə vaxtı yox idi. Tom zarafatla deyirdi ki, əsas odur bir neçə ildən sonra bir-birlərini ürək xəstəliklərindən müalicə edəcək qədər peşəkar olacaqlar.”

– Sən çox gözəlsən, – Elis dedi. – Sənə baxıb kim olduğunu bilməməkdən qorxuram.
– Düşünürəm ki, əgər bir gün mənim kim olduğumu bilməsən də, səni sevdiyimi biləcəksən.
– Bəs əgər səni görəndə sənin qızım olduğunu və məni sevdiyini bilməsəm, onda necə?
– Onda deyəcəm ki, “səni sevirəm” və sən də mənə inanacaqsan.