Meksikanın Çiapas meşələrində qamışdan düzəldilmiş, divarı olmayan komalarda yaşayan Lakandonlar yellənən asma yataqlarda yatırlar.
ONLAR belə nəql edirlər:
-Əgər yuxunda eşşək görsən, güclü külək olacaq deməkdir.
-Əgər yuxunda takos yediyini görsən, bir qarışqayeyən görəcəksən.
-Əgər yuxunda qarışqa görsən, aşkarda yaquar görəcəksən.
-Əgər yuxunda yaquar görsən, deməli insanlar gəlir.
-Əgər yaquar səni dişləsə, gələn insanlar deyil.
-Əgər yuxuda oyandığını görsən, meşədə qorxudulacaqsan.
-Əgər yuxunda güzgü görsən, bəyaz daşlar görəcəksən.
-Əgər yuxunda dilini görsən, ehtiyyatlı ol.
-Çoxlu quş bədənində atəş, çoxlu balıq mədəndə ağrı deməkdir.
-Əgər yuxunda itirdiklərinə görə kədərləndiyini görsən, itirdiklərinə görə kədərlənməli olmayacaqsan.
-Əgər yuxunda şənlik görsən, uzun zaman çarəsiz dərdlərlə əlləşəcəksən.
-Yuxuda balqabaq görmək yaquar başına, köhnə bir qayıq bir timsaha yozulur.
-Əgər yuxunda ev görsən, demək aşkarda bir çöl donuzu görəcəksən.
-Əgər yuxuda saqqal görsən, bir çöl donuzu görəcəksən.
-Əgər yuxunda süpürgə görsən, yenə bir çöl donuzu görəcəksən.
-Əgər yuxunda radio görsən, demək kimsə ağlayacaq.
-Yuxuda tüfəng, heyvan dişi deməkdir.
-Lobya dənələri qurdcuqlardır, qurdcuqlar lobya dənələri.
-Əgər yuxunda yazı yazdığını görsən, demək bir ilan səni vuracaq.
-Əgər yuxunda göl görsən, bunun heç bir mənası yoxdur.
-Əgər yuxunda qurbağa görsən, bunun da mənası yoxdur.
-Əgər yuxunda çiçək görsən, bunda da bir məna axtarma.
-İşdir yuxunda cənnəti görsən, bunun da mənası yoxdur.
-Əgər yuxunda yarpaqları görsən, bunun da mənası yoxdur, amma külək yarpaqları tərpədirsə demək çəritkələr qarğıdalıları yeyəcək.
-Əgər yuxunda sis görsən, kədərli və xəstə insanlar gəlir deməkdir.
-Əgər yuxunda bir şey bildiyini görsən, onu bilmirsən.
-Əgər yuxuda ayın çevrəsində parıltı görsən, dünyanın sonu gələcək.
-Yuxuda nazik olan qalın olacaq.
-Yuxuda mütləq olan, həyatda olmayacaq.
Lakandonlar Meksikanın Çiapas meşələrində qalan sonuncu maya nəsilləridir və onlar maya dilində danışırlar. Lakandonlar özlərini “Doğru İnsanlar” anlamına gələn “Hach Winik” adlandırırlar. Sayları 400-dən azdır.