1. Polis: Harda yaşayırsan ?
    Mamed: Ailəmlə.
    Polis: Ailən harda yaşayır ?
    Mamed: Mənimlə.
    Polis: Siz hamınız harda yaşayırsınız ?
    Mamed: Evdə.
    Polis: Eviniz hardadır, ay vətandaş ?
    Mamed: Qonşunun evinin yanında.
    Polis: Qonşunun evi hardadı ?
    Mamed: Desəm inanmazsanız.
    Polis: Denən.
    Mamed: Bizim evin yanında…


    2) Mamed əsgərlikdə olan zaman biraz tənbəl olur. Deməli günlərin bir günü postda bir ağacın altında yatır. Amma biraz keçmir ki, bunu görürlər. Komandir yanına çağırıb deyir:
    -Sənin peşən nədir ?
    Mamed :
    -Tikintidə ustayam.
    Komandir :
    -Hə demək belə. Yaxşı, bəs tikintidə yanında işləyən bir işçini iş vaxtı belə yatan vaxt tutsan, nə edərsən ?
    Mamed də fürsətdən istifadə edib deyir:
    -Dərhal, heç düşünmədən işinə son verib, evinə göndərərdim…


    3) Bir gün Mamed kənd avtobusa minir və çatacağı yerə çatanda düşür, amma pulu vermir. Sürücü də arxasıyca qışqıraraq:
    -Ay kişi, ay kişi, hara gedirsən ?! Pulumu verməmisən e.
    Mamed:
    -Borcum nə qədərdi ?
    Sürücü:
    -20 qəpik.
    Mamed çıxardıb 1 manat verir və üstü qalsın deyir. Sürücü təəccüblə deyir:
    -Dəli olmusan? 1 manat niyə verirsən ???
    Mamed:
    -Əşşi bu kənddə mənə kişi deyən olmamışdı…


    4) Bir gün Mamed Tağıdan soruşur:
    -Sənə desələr ki, at ol, olarsan, yoxsa yox ?
    Tağı: Ala əlbəttəki yox.
    Mamed: Belə də bilirdim. Sən dünyaya eşşək gəlib, eşşək də gedəcəksən e…


    5) Mamed atı çapır gəlir qızın yanına..
    Sizə ağ atlı Shahzadə lazım idi?
    Qiz: aha 🙂
    Mamed: budur mən gəlmişəm :))
    Qiz: Atı gördüm bəs şahzadə hanı? 🙁


    6)  Günlərin bir günü Mamed özündən böyük qardaşını vurub öldürür.
    Hakim: Mamed qardaşını niyə öldürdün?
    Mamed: Əsəbləşmişdim!
    Hakim: Əsəbləşmişdin siqaret çəkərdin.
    Mamed: Nə? Dəlisən? Qardaşımın yanında nə siqaret?


    7)  Bir gün Mamedin dostu rəhmətə gedir. Mamed gedib dostunun anasından soruşur ki necə oldu, niyə öldü dostum?
    Ana: Pilləkəndən yıxılıb gicgahına mismar girib.
    Mamed: Ooohhhh şükür, yenə bəxti gətiribki gözünə girmiyib.


    8)  Mamed Amerikaya, dostunun evinə gedir, girir tualetə əlin yumağa, qapı bağlanır aça bilmir dostun cağırır ki, bəs qapı açılmır dosdu diyir krantı 2 dəfə aç bağla qapı açılacağ. Bu Mamedin çox xoşuna gəlir, vətənə qayıdandan sora öz evinədə düzəltdirir. 1 gün həmin dostu gəlir Bakıya Mamedin evinə qapını döyür. Qapını Mamedin arvadı açır, dostu soruşur ki, bəs Mamed hardadır? Arvad deyir ki, onun boyun qara yerə soxum, 3 gündür sular kəsilib qalıb tualetdə


    9) Mamedin qarnında qurd olur. Gəlir həkimin yanına deyir ki, bəs həkim belə-belə qarnımda qurd var. Necə çıxara bilərik onu? Həkim deyir ki, 39 gün hər səhər ac qarına su iç sonra da bir dənə bulku ye. 40-cı gün su iç amma bulkunu yemə. Mamed belə də edir. 40-cı gün suyu içir amma bulkunu yemir. İki dəqiqədən sonra qurd Mamedin ağzınnan çıxıb deyir:
    Mamed bəs bulki olmayacaq? :))


    10) Bir gün dəlixana sakini müdürə şikayət eleyir.
    — Mənim otaq yoldaşım başına vedrə keçirir, əllərini də toka taxıb deyir: “Lampoçka”yam yandım söndüm yandım söndüm.
    Məni yatmağa qoymur.
    Müdür də cavabında deyir:
    — Sən ona fikir vermə yat.
    Dəli deyir:
    — heç işıqda da yatmaq olar??