Kitab oxumaq lazımdır! Xüsusilə kütləvi nəqliyyata vasitələrində… Aşağıda sayacağımız faydalar sizə kitab oxumağı daha çox sevdirə bilər.

1- Özünüzü inkişaf etdirərsiniz.

Fərqli janrlarda oxuyaraq yeni məlumatlar əldə edər, yeni macəralara yelkən açar, gedib görmədiyiniz yerlərə səyahət edə bilərsiniz.


2- Tıxacları və yolda keçən zamanı dərd etməzsiniz.

“Hələ çox var”, “5 dayanacaq qaldı” kimi dərdlərə son… Tıxacın səhərə qədər davam etməsini, bütün qırmızı işıqlarda dayanmağı və hətta evinizə və ya işinizə getməməyi də istəyə bilərsiniz. Amma diqqət edin, düşəcəyiniz dayanacağı unutmayın. 🙂


3- Qarşınızda oturan insanla göz gözə gəlməkdən qorxmanıza ehtiyac qalmaz.

Önünüzdə o qədər gözəl yazılar varkən, mənasız baxışlara məruz qalıb gözlərinizi kimlərəsə baxmaqdan xilas edib, kitabınıza dala bilərsiniz.


4- Əl qol koordinasiyanız, bədən tarazlığınız qüvvətlənər.



5- İtələnərək, əzilərək kitab oxumağa çalışdığınızı görən həssas ürəklər, düşəcəkləri dayanacaqlara yaxın yerlərini sizə verərlər.



6- Telefonunuzun batareyasını bitirməzsiniz.

Sosial şəbəkələr, oyunlar deyərək əlimizdən qoymadığımız, “olmasa yaşaya bilmərəm” deyə biləcək qədər həyatımızın bir parçası olan telefonlarımızı kənara buraxmağın tam vaxtıdır.