Albert Eynşteyn (1879-1955) çox sakit böyümüş, danışmayan uşaq olub, həmişə səs-küydən qaçmışdır. 1905-ci ildə yaratdığı nisbilik nəzəriyyəsi onu çox məşhurlaşdırmışdır. Bu nəzəriyyəyə görə, cismin kütləsi onun enerjisi ilə proporsionaldır. Bu, fizikada yeni nəzəriyyə idi. Eynşteynin həyat tərzi və həyatı çox sadə idi. Laboratoriyası və alətləri yox idi. Onun otağında Nyutonun şəkli və kiçik teleskop qoyulmuşdu. Bir dəfə yoldaşları ondan bu teleskopun nəyə lazım olduğunu və onun alətlərinin nədən ibarət olduğunu soruşduqda, cavabında: «Teleskop baqqalındır, mən onu oyuncaq kimi saxlayıram, alətlərə gəldikdə isə sadəcə avtoqələmdən ibarətdir» — deyir.

Eynşteynin vaxt alan iclaslardan və dəvətlərdən zəhləsi gedərdi.

O yazmaqdan və oxumaqdan çox, fikirləşərdi. O Nobel mükafatına 1922-ci ildə layiq görülmüşdür.

Bir dəfə Eynşteyni başqa biri (Azef adlı) şəxsə oxşadıb onu öldürmək istəmişlər. Belə hesab edirdilər ki, Azef Eynşteynin adı altında gizlənib. Onun öldürülməsi dəli bir qadına — Yevgeniya Diksona tapşırılır. Dikson Eynşteynin evinə gəlir, qapını döyür, qapı açıldıqda qadın görür ki, bu adam Azef deyildir və tez geri dönür. 1925-ci ildə bir dəfə Eynşteyn Leydendə həbsxanaya getməli olur. Belə ki, Eynşteynə qəsd edən qadın həmin həbsxanaya düşmüşdü. Orada bu qadın Eynşteynin Azef olmadığını təsdiq edir. Eynşteyn isə qadını azad etdirir.

Eynşteyn skripkada və pianoda çalmağı çox sevirdi. O, 14 yaşında evdə konsert verərdi. Nusiqi aləmində onun çox sevdiyi Motsart, elmdə isə geometriya olmuşdur. Eynşteyn bir dəfə yoldaşları ilə restoranda oturarkən boşqabalrın cingiltisi, musiqi səsələri, danışıqlar onu fikirli vəziyyətdən çıxarır. O, sakitcə yerində durub skripka çalana yaxınlaşır və onda skripkanı alıb özü çalır. Xeyli sonra üzr istəyərək skripkanı sahibinə qaytarır.

 

Bir dəfə Eynşteyn Almaniya şəhərlərinin birində konsertdə çıxış etməli olur. Zalda oturan bir cavan jurnalist yanındakından xəbər alır ki, Eynşteyn kimdir. Yanındakı oturan deyir: — «Məgər siz bilmirsiniz? Bu böyük Eynşteyndir.» Ertəsi günü jurnalistin qəzetdə bəstəkar Eynşteyn haqqında böyük bir məqaləsi çıxır. Eynşteyn məqaləni kəsib özü ilə gəzdirirdi və hətta göstərib bundan ləzzət alırdı. Bəzən məqaləni öz tanışlarına göstərərək deyirdi: — Siz elə bilirsiniz ki, mən aliməm? Mən məşhur skripkaçıyam.

1932-1933-cü illərdə Alman universiteti və Berlin Akademiyası nasist partiyasına meyl göstərməyənlərdən «təmizlik» aparırdı. Eynşteyn bunu gözləmədən özü Berlin Akademiyasından çıxdı. Nasist partiyası siyahısında ölümə məhkum olunanlar arasında bir nömrəli adam Eynşteyn idi. Hətta Hitler düşmənlərinin fotoşəkilləri xüsusi albomlarda çəkilmişdi. Bu çəkillər içərisində Eynşteyn də vardı. Şəkildə yazılmışdı: «Hələ asılmayıb.» 1933-cü ildə Eynşteyn Avropadan Amerikaya gələrkən Belçikada qaldı. Belçika kraliçası Yelizaveta onun həyatını qorumaq tədbirləri gördü. 1933-cü ilin sentaybrında nasistlərin gözündən yayındırmaq üçün Belçika polisi elan etdi ki, Eynşteyn Cənubi Amerikaya gedir. Ancaq əslində o, bağlı karetada İngiltərəyə, ordan da Amerikaya getdi.

Eynşteyn 17 aprel 1955-ci ildə qar içində anevrizimdən ölür. Öz arzusuna görə cəsədi yandırılır və külü havaya səpilir.