Kosmik bir poligonda hərəkət edən bir hədəf taxtasının üstündə yaşayırıq. Planetimiz hər gün minlərlə tonluq kosmos dağıntıları ilə bombardmana məruz qalır. Bir az ürküdücü gələ bilər, lakin narahat olacaq heç bir şey yoxdur. Atmosferə girən bu meteorlardan çoxu bir qum dənəsi qədər hətta daha kiçik hala gəlir və yer üzündən onlarla kilometr yüksəkdə atmosferdə yanıb kül olur. Lakin ara sıra daha böyük obyektlər Dünyaya doğru irəliləyir və arxasında alovdan izlər buraxır. Bəziləri hər kəs tərəfindən görülür, bəziləri isə haradasa fərq edilmədən səfərini sonlandırır.


1. Cənubi Atlantik meteoru

6 Fevralda təxminən 5 metr genişliyində planetlər arası bir daş, Dünyanın yuxarı atmosferinə daxil olmuş, saniyələr içində onlarla kilometr irəliləyib, atmosferin dərinliklərində buxarlanmağa başlamışdır. Müəyyən bir nöqtədə meteor Cənubi Atlantik okeanının üzərində təxminən 20-30 kilometr irəlilədikdən sonra, 12 min tonluq TNT bombasına bərabər bir partlayışla yox oldu. Bu partlayış Xirosima şəhərinə atılan atom bombasıyla az qala eyni gücdə idi. Amma qəribə bir şəkildə, heç kim bu meteor partlamasını görməmişdi. Elmi ölçümələrdən sonra fərq edilmişdi. Dünyada bu cür partlayışların əksəriyyəti okean və insanların yaşamadığı bölgələrin üzərində baş verdiyi üçün bu və bunun kimi meteorlar heç bir şahid olmadan atmosferdə yox olur.


2. Çelyabinsk meteoru

Bəzi meteorlar isə dünyada insanlar tərəfindən görülür və böyük marağa səbəb olur. Bir atəş topu 15 Fevral 2013-ci ildə Rusiyanın Çelyabinsk şəhərinin üstündən işıq sürəti ilə səmanı yarıb dünyaya doğru irəliləyirdi. Günəşdən daha parlaq hala gələn meteor saniyədə 20 kilometr sürətlə irəliləyərkən avtomobil kameraları, CCTV kameraları və mobil telefonlarla qeydə alınmışdı. Obyekt təxminən 20 metr uzunluğunda və 500 min ton TNT gücü ilə partlamışdı. Minlərlə pəncərəni parça-parça etmiş, 89 kilometr uzunluğunda bir dağıntı izi buraxmışdı. Bu meteor, göy cisimlərinin havada parçalanmasına baxmayaraq, yer üzündə də böyük zərərə səbəb ola biləcəyinin ən böyük dəlili idi.


3. 2008 TC3 – Təxminən 4 metr diametrində və 80 ton ağırlığında olan bu meteor, 7 oktyabr 2008-ci ildə Şimali Sudanın üzərindən atmosferə girmişdi. Saniyədə 13 kilometr sürətlə irəliləyən atəş topu, yer üzündən onlarla kilometr yüksəklikdə min tonluq TNT gücündə partlayışla yox olmuş və min kilometr uzaqlıqdan görülmüşdür. Bu hadisədən sonra 2008 TC3 ilk müşahidə olunan meteor partlaması ünvanını aldı.


4. Tunguska hadisəsi – Tunguska partlayışı da dəhşətli meteor hadisələrindən biri idi. 30 İyun 1908-ci ildə Şərqi Sibirdə əhalinin seyrək olduğu bir bölgəsinin üzərində yaşanan bir partlama 80 metrlik ağacları və 2000 kvadrat kilometrdən geniş bir meşəni dümdüz etmişdi. Analizlər partlayışın 15 megaton TNT gücündə, Xirosima atom bombasından min qat daha güclü olduğunu göstərdi. Tunguska hadisəsində yaranan partlayış Asiya və Avropa daxilində seysmik və atmosfer pozuntulara səbəb olsa da, heç bir zədə və ya can itkisi yaşanmamışdı.


5. BARRINGER Krateri

Arizona çölü, ABŞ-da olan bu 1,2 kilometr genişliyində və 170 metr dərinliyindəki krater, bir meteorun səmadakı səfərindən xilas olub səthə toqquşduqda nələr olabiləcəyinin ən böyük dəlilidir. Araşdırmalar, kraterin meydana gəlməsinə təxminən 50 metr diametrində bir meteorun səbəb olduğunu və səthə saniyədə 13 kilometr sürətlə 10 megaton TNT gücündə çırpıldığını göstərir. Təxminən Tunguska hadisəsinə səbəb olan meteorla eyni böyüklüyə və sürətə sahib olmasına baxmayaraq BARRINGER meteoridi, daha dik enişdən ya da quruluşundakı fərqliliklərdən dolayı atmosferdə patlamadığı düşünülür. Yaxşı ki, toqquşma təxminən 50 min il əvvəl bölgənin kimsəsiz olduğu zamanlarda reallaşmışdı.