Aşiq olub, daha sonra evlənirik. Sonra uşaqlarımız olsun istəyərik. Uşağımız ana bətninə düşdüyü andan dərhal uşaq inkişafı ilə bağlı kitablar və yazılar oxumağa başlayırıq. Oxuduğumuz hər yeni məlumatla bu işin daha asan olduğunu düşünürük. Uşaq dünyaya gəldikdən sonra isə heç bir şeyin oxuduğumuz kimi olmadığının fərqinə varırıq, amma bütün bunlar bir az çətinlik yaratsa da, dərhal vəziyyətə adaptasiya oluruq. Balacalarla birlikdə öyrəniləcək çox şey var amma, biz ən təməl məlumatları hazırlıqlı olmağınız üçün bu postda topladıq. 🙂


“Körpə kimi yatmaq” sözünü tələffüz edərkən diqqətli olun, çünki görünüşə görə yeni dünyaya gəlmiş balacalar günlərlə yatmadan həyatda qala biləcəklərini sübut etməyə çalışırlar.



Əgər bir körpəniz varsa, gözəl bir yuxunun hər şeydən daha yaxşı olduğunu öyrənəcəksiniz.



Onları sadəcə bir neçə dəqiqəlik yalnız buraxın və evin dizaynının bir anda necə dəyişdiyini görün.



Cib telefonu və ya pul itirmək nədir ki? Siz heç əmziyinizi itirdinizmi?



Körpəniz yatarkən biri qapını döyərsə, bir anda onu öldürməyə hazır canavara çevrilə bilərsiniz.



Marsa ayaq basmağın insanlıq tarixi üçün böyük bir addım olacağına inanırsınız? İnanmayın! Bu gündən etibarən sizin üçün və insanlıq tarixi üçün ən əhəmiyyətli şey körpənizin atacağı ilk addımdır.



Körpə bezləri haqqında ən incə detalı belə bilirsiniz. Artıq fövqəlbəşər bir sürətlə necə körpə bezi seçmək və dəyişdirmək mövzusunda seminar ya da dərs verə bilərsiniz.



Bu qədər oyuncağın haradan gəldiyini anlaya bilməzsiniz.



Onları susdurmaq üçün sözün tam mənasıyla hər şeyinizi verə bilərsiniz.



Altı üstü 30 dəqiqəlik bir gəzintiyə çıxacaqsınız, elə deyilmi? Özünüzü körpənin əşyalarıyla dolu çanta hazırlayarkən görə bilərsiniz: Bir az uşaq bezi, yemək, su, meyvə suyu, salfet, oyuncaqlar…



Hər etdiyinizi ya da söylədiyinizi təqlid edərlər. Bildiyiniz bütün pis sözləri unudun və ümumi davranışlarınızı qısa zaman ərzində gözdən keçirin.



Özünüzü təhsilli bir yetkin sanırsınız? Uşaqlarınız sizdən qeyri-adi suallar soruşana qədər elə sanın.. 🙂



Körpəniz qısa zamanda evin rəisi olacaq və onun proqramına görə yaşayacaqsınız.