Bu kiçik insanlar əsl möcüzədir. Onlar bizim edə bilmədiyimiz bir çox şeyləri lap yaxşı edə bilər.
- Körpələr ağlamır
Bəli, bəli. Onlar qışqırır, zarıyır ancaq əsla ağlamır. Diqqət edin, 1 damla göz yaşına belə şahid ola bilməzsiniz, çünki onlarda göz yaşlarına cavab verən borular hələki qapalıdır.
- Onlar suyun altında qalmağı hədsiz sevir və üzməyi bacarır
Səbəbi isə sadədir – ana bətni. Bu refleks körpə dünyaya gəldikdən 6 ay sonra keçir.
- Onlar eyni zamanda nəfəs almağı və udmağı bacarır
Yox, biz bunu bacarmırıq. Onların xirtdəyi daha yuxarıda olduğu üçün qida qəbul etdikləri zaman nəfəs yolu qapanmır.
- Onlar səs-küydə rahat yata bilir
Körpə yatdığı zaman barmaq ucunda gəzməyə ehtiyac yoxdur. Onsuz da ilk aylarda səs-küy onu qıcıqlandırmır.
- Onların ləhçəsi var
Misal üçün, rus və azəri körpələr fərqli qışqırır və səs çıxarır, çünki körpə ana bətnində ikən ananın səsini və nitqini eşidir. Beləliklə, ləhçə formalaşır.