Hər bir ailədə uşağın dünyaya gəlişi xüsusi xoşbəxtlik gətirir. Valideyn olmaq məsuliyyətini dərk etmək və o hisslərini ən gözəl şəkildə yaşamaq lazımdır. 🙂 Körpələr haqqında çox insan bəzi biliklərə sahibdir, biz sizə geniş şəkildə ən maraqlı faktları topladıq.
- Yeni doğulmuş körpənin baş çəkisi onun ümumi çəkisinin dörddə biri qədərdir. Böyük baş və kiçik bədən – körpələrə aid olan xüsusiyyətdir və tamamilə normaldır.
- Körpələr qıdıqlanmanı 6 ayından etibarən hiss eləməyə başlayırlar.
- 3 yaşa kimi körpələr özlərini yuxuda görmürlər.
- Yeni doğulmuş körpənin beyni 14 milyard hüceyrədən ibarətdir, lakin onların sayı artmır, əksinə azalır. 25 yaşından sonra hər gün insan 100 min neyronlarla vidalaşır.
- 1,5-2 yaşlarında körpələr öz yetkin boylarının yarısına çatırlar.
- Körpənin göz ölçüsü ömür boyu eyni qalır.
- Həyatının ilk iki ilində körpə 150 kilometr məsafə qət edir.
- Həyatının ilk ilində körpənin bədəni 145 litr tüpürcək ifraz edir.
- Körpənizin solaxay olub-olmadığını 1-2 yaşında müəyyən oluna bilir.
- Yeni doğulmuş körpənin skeletində 300-dən artıq sümük var. Zamanla, onlardan bəziləri birləşərək daha iri sümüklər əmələ gətirir. Böyük insanın sümkülərinin orta sayı isə 206-dir
- Yeni doğulmuş körpələr öz analarının intonasiyası ilə ağlayırlar.
- Yeni doğulmuş körpələr qırmızı və yaşıl rəngləri ayıra bilmirlər, mavi rəngi isə heç görmürlər.
- Körpələr diz qapaqları olmadan doğulurlar.
- Körpələr eyni zamanda nəfəs ala və udquna bilirlər. Bu xüsusiyyət qırtlaq aşağı endiyi üçün 9 aya yaxın yox olur.