Sizlərə Çin filosofu Konfutsinin bəzi aforizmlərini təqdim edirik.
İnsanları nə üçün öldürürsünüz, bir az gözləyin onsuz da öləcəklər.
Bildiyini bilənin arxasından gedin, bildiyini bilməyəni xəbərdar edin, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın.
İnsanların ümidləriylə oynama, bəlkə də tək sahib olduqları şey odur.
Bir insan səhər doğru yoldadırsa, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq.
Kiçik üstünlüklərin arxasından qaçarkən böyük uğurları qaçıra bilərsiniz.
Qaranlığı söyüncə dur bir şam yandır.
Bilgi insanı şübhədən, yaxşılıq acı çəkməkdən, qərarlı olmaq qorxudan qurtarar.
Ağıllı insan heç kimlə yarışmaz, beləcə heç kim onunla yarışa bilməz.
Bir milləti kölə etmək istəsəniz, onun musiqisini məhv edin.
Almaz yonulmazsa, insan yanılmazsa mükəmməlləşməz.
Bir adama yaxşılıq etmək istəyirsənsə ona balıq vermə balıq tutmağı öyrət.
Nə axtardığını bilməyən tapdığını anlaya bilməz.
O yerdə ki, hökmdar hökmdardır, təbəə təbəədir, ata atadır, oğul oğuldur, orda qayda qanun var, əmin-amanlıq var.
Oxudum, unutdum, gördüm, xatırladım, etdim, öyrəndim
Öyrətmək iki dəfə öyrənmək deməkdir.
Vəfa və səmimiyyət ilk prinsipləriniz olmalıdır.
Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil.
Bir yerdə kiçik insanların böyük kölgələri varsa, deməli o yerdə günəş batır.
Dərin olan quyu deyil, qısa olan ipdir.
Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.
Ehtiyatlı adamlar az hallarda səhv edir.
Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər.
Əgər qüsurların varsa, onlardan xilas olmağa çalışmalısan və bundan qorxmamalısan.
Çox çalış, doğru şəkildə, diqqətli düşün, düşündüklərini nəzərdən keçir, ciddi və səmimi şəkildə tətbiq et.
Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.
Hər şey bir gözəlliyə malikdir, lakin bunu hər kəs görməz.
İnsanlar məni tanımır deyə üzülməyəcəm; insanları tanımıram deyə üzüləcəm.
İnsanlar sahib olduqlarını kiçik hesab edir, sahib ola bilmədiklərini isə gözündə böyüdür.
Ac mədənin cəzasını yorğun ayaqlar çəkər.
Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol – düşüncə, ikinci ən asan yol-təqlid, üçüncü ən acı yol – təcrübədir.