Yay aylarında tez-tez istifadə etdiyimiz kondisionerlər orqanizmi zəif olan insanlarda sətəlcəm kimi xəstəliklərə səbəb olur.
Tənəffüs orqanı xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Metintaşın, müsahibəsində bildirmiş ki, xüsusilə yay aylarında sərinləmək istəyən sürücülər yüksək temperaturda kondisionerlərdən istifadə edərkən ehtiyyatlı olmalı və soyuqlama-cərəyanında çox qalmamalıdırlar.
Prof. Dr. Metintaş, bu vəziyyətin soyuqlama sonrası sinusitə səbəb olacağını da bildirib. Yaxşı təmizlənməmiş kondisionerlərdə ətraf mühitə yayılan xlamidya, mikoplaza kimi mikroorqanizmlər «atipik sətəlcəm» adı verilən bir xəstəliyə səbəb olur. Bu xəstəliyin isə insanlarda ishal, ürək bulanması, qarın ağrısı, oynaq ağrısı kimi hallar yaratdığı bildirilir. Xəstələrdə 5-6 gündən sonra öskürək, tənəffüs çətinliyi kimi narahatlıqlar da olur. Bu baxımdan kondisionerlər nizamlı olaraq təmizlənməli və normal temperaturda istifadə edilməlidir.