Təsəvvür edin ki, həyat 5 topdan ibarət bi oyundur. Bu şarlar İş, Ailə, Sağlamlıq, Dostlar və Qəlbdir. Onlar daima havada fırlanır.
Müəyyən zamandan sonra anlayırsınız ki, İş topu rezin maddədən hazırlanıb. Onu təsadüfən əlinizdən yerə salsanız geri dönəcək, lakin digər 4 top Ailə, Sağlamlıq, Dostlar və Qəlb şüşə maddədən hazırlanıb. Bu 4 topu əlinizdən salsanız, o zədələnə bilər və ya sına bilər. Həmçinin nəzər almaq lazımdır ki, onların geri dönüşü də çox zaman olmaz. Bunu dərk etmək və baş verməsinin qarşısını almaq lazımdır.
Maksimal effektli işləyib evə vaxtında getmək lazımdır. Qalan zamanınızı ailənizə və istirahətinizə həsr edin. Unutmayın ki, bir şeyin dəyəri ona dəyər verdikdə olur…