Tanınmış səyyah Tomas Cook, bir araşdırma səfəri zamanı Atlantik okeanının ucsuz-bucaqsız bir yerində, qışqırıqlar atan milyonlarla quşun havada dairələr çəkərək uçduğunu gördü. Qulaqları kar edəcək qədər yüksək səslə qışqırıqlar atan quşların bəziləri yorulduqca, özlərini okeanın nəhəng dalğaları arasına atırdılar. Onlar bu son hərəkətləriylə həyatlarına son verirlər, özlərini okeanın dalğalarına buraxarkən, çarəsizlikdən ölümə təslim olurdular.
Bu hadisəyə yalnız Tomas Cook deyil, o bölgədəki balıqçılar illərdir şahid olmuşdular. Alimlər isə etdikləri araşdırmalarda köçəri quşların fərqli istiqamətlərdən gələrək okeanın bu nöqtəsində birləşdiklərini kəşf edirlər, lakin onların, bir-birləri sırayla özlərini ölümün qucağına atmaları səbəbini tapa bilmirdilər.
Gerçək, keçdiyimiz əsrin ortalarında aydın oldu. Bu tragik hadisənin yaşandığı yerdə bir zamanlar bir ada var idi. Köçəri quşların köç yolu üzərində olan bu ada, bir zəlzələ nəticəsində okeana batmışdı. İnsanların, yox olduğunun belə fərqinə varmadıqları ada, köç yollarının ortasında quşlar üçün imtina edilməz “istirahət ” dayanacağıydı . Quşlar minlərlə illik irsi vərdişləriylə adanın yerini bilməkdə və bezdirici, uzun səfərlərinin ortasında, bir az istirahət edə bilmək üçün okeanın ortasındakı adaya gəlirdilər amma… Olması lazım olan yerdə adanı tapa bilməyincə, yorğunluqdan əldən düşmüş bədənlərini qışqırıq qışqırığa okeanın sularına buraxmaq məcburiyyətində qalırdılar..