Probleminizi həll etmək üçün bir çarə tapırsınız, lakin tapdığınız çarə problemi həll etmir, əksinə, problemi daha da dərinləşdirir. Buna “Kobra Effekti” deyirlər. Səbəbi isə Hindistanda baş vermiş bir hadisə ilə əlaqədardır.
Hindistan İngiltərənin müstəmləkəsi olduğu vaxtlarda, mərkəzi hökümət küçələrdəki ilanların sayının ox olmağından narahat olur. Delhi şəhərindəki nüfuzlu şəxslər problemin həl edilməsi üçün belə bir ideya verirlər: “Hər öldürülmüş kobra üçün mükafat verilsin”
Əvvəl-əvvəl plan düşünüldüyü kimi yaxşı işləyir. Şəhər ilanlardan təmizlənməyə başlayır. Sonra isə bu hadisəni fürsətə çevirməyə çalışan bəzi vətəndaşlar kobra saxlayıb artırmağa və onları kökümətə təhvil verib pul almağa başlayırlar. Hətta, irili-xırdalı bir neçə kobra ferması yaradılır. Bundan xəbər tutan hökümət hər öldürülən kobra üçün təklif olunan mükafatın verməkdən imtina edir. Fermalarda saxlanılan ilanlar da artıq gəlir gətirmədiyi üçün təbiətə buraxılır. Nəticədə şəhərdə ilanların sayı əvvəlkindən 2-3 dəfə artıq olur.
Bəzən xeyirxahlıq etmək istədiyimizdə bundan mənfəət güdənlər bizdən sui-istifadə edə bilirlər. Kobra effekti həyatımızın bir çox etaplarında baş verə bilir. Biz hiss etsək də. etməsək də …