Klaviaturanın yuxarı hissəsində yerləşən F1-F12 düymələri funksional düymələr adlanır. Adından da bəlli olduğu kimi, onlar yaraşıq üçün deyil. Bu düymələr işimizi tezləşdirmək və daha effektiv etmək üçündür.
F1 – Kömək pəncərəsinin açılması
F2 – Qovluğun və ya faylın adının dəyişdirilməsi
F3 – Cari qovluğda və ya Windows ƏS-də axtarış panelin açılması
F4 – Aktiv pəncərənin bağlanması
F5 – Qovluğun və ya faylın məzmunun yenilənməsi
F6 – Kursorun brauzerin adres sətirinə yerləşdirilməsi
F7 – Mətnin yoxlanışı
F8 – Windows ƏS yoxlanılan zaman yükləmə rejiminə icazə
F9 – Word sənədinin yenilənməsi
F10 – Pəncərənin menyusunun çağırışı
F11 – Tam ekranlı rejimə keçid
F12 isə Word proqramında yaddaşa vermək komandası üçündür.
Unutmayın ki, funksional düymələrin vəzifəsi bəzi proqramlada fərqli ola bilər.