Musiqi ruhun qidasıdır. Bu iddia elmdə öz təsdiqini dəfələrlə tapdı. Musiqi insanın ruh halına, beyninə, intellektinə və bütövlükdə orqanizmə birbaşa təsir göstərir. Araşdırmalar zamanı məlum olmuşdur ki, müxtəlif musiqi janrlarının göstərdiyi təsir də elə müxtəlifdir. Klassik musiqi insanı ilhamlandırır və gümrah edir, sakitləşdirir, depressiyadan azad edir və problemlərin öhdəsindən gəlmək üçün güc verir, və hətta İQ səviyyəsini belə qaldırır! Klassik musiqi psixoloji müalicə kimi də istifadə olunur.
Bütün bunları öyrəndikdən sonra böyük ehtimalla klassik musiqidən zövq almaq istəyəcəksiniz! Bunu nəzərə alıb, sizin üçün bir neçə klassik musiqi şedevrini bura əlavə edirik 🙂