Kitabxanalarda vaxt keçirmək əyləncəlidir. İstədiyin kitabı götür və bu fərqli atmosferdə hara istəsən ora səyahət et təsəvvüründə! Xaricdə oxuduğum zamanlarda hamımız burada dərs edirdik. Həm diqqətin dağılmır, həm də dostlarınla vaxt keçirirsən.
Bəs kitab mağazası necə? Gedib saatlarla vaxt keçirib, bir neçə vərəqi oxumaq üçün əla yerdir. Bir də oranın qoxusunu çox bəyənirəm!
Fərqli ideyalarla dolu kitabxana, kitab mağazası necə? Məncə, bu daha çox əyləncə deməkdir. Həm də əla marketing ideyaları var, öz aramızdı!
Kitabları vaxtında qaytarırsan? Bax aaa, qaytarmayanda kitab biçən kitabxanaçı onu yığmağa gələcək. O, heç səbrli adam deyil 😀
Batman kitabxanadan götürdüyü kitabları qaytarır! 😀
Kitabxanada başını itirə bilərsən, ancaq baxımlı olmağı unutmuruq! Özünüzün nə halda olduğunu isə bu güzgüdən görə bilərsiniz!
Soyuqdur? Kitablara bir göz at. Hələ də soyuq olacaq. Amma ən azından bir kitaba sahib olacaqsan!
Kitabxanada oxuduğunuz kitablara qarşı səliqəlisiniz?
Kitabxanada birinin telefonuna zəng gəlir və bir müddətlik əşyalarını qoyub, qıraqda telefonla danışır. Geri qayıdanda isə komputerinin üzərində bu yazını görür: Gələn dəfə bu oğru ola bilər.
Hərdən belə qarışdırmaq da lazımdır. Nə bilmək olar? Bəlkə daha maraqlı mövzu alınar?
Başlığını xatırlamıram, ancaq rəngi mavi idi! Buyur, tap 🙂
Sirrli… Sirrlidirsə, kitablarda da türklər demiş gizem olmalıdır!