Dünya alimləri kişi və qadın orqanizmi arasında olan fərqləri araşdırmağa davam edir və hər gün yeni bir kəşf ilə təccübləndirirlər. Bilirsinizmi ki,
- Kişi dinlədiyi zaman onun beyninin yalnız bir hissəsi işə düşür. Digər bir hissəsi isə başqa bir mövzu haqqında düşünə bilər. Kişilərdən fərqli olaraq, qadınların beyni bütün olaraq prosesdə iştirak edir.
- Qadınlara nisbətən kişilərdə eşitmə, qoxu hiss etmə və dad reseptorları daha az inkişaf etmişdir. Buna səbəb qadınları yemək hazırlaması, təmizlik işləri görməsi və uşaqların qayğısını çəkməsidir.
- Kişilər arasında solaxaylar daha çoxdur. Bu fenomenin elmi açıqlaması isə hələ məlum deyil.
- Kişilər fiziki işin öhdəsindən daha yaxşı gəlir. Kişilərin qanının həcmi 5-6 litr olduğu halda qadınların qanının həcmi 4-4,5 litrdir. Bundan əlavə kişilərin qanı hemoqlobin və eritrositlərlə daha zəngindir. Bu da oksigen dövranını yaxşılaşdırır.
- Sellulit kişi orqanizminə yad termindir. Bunun səbəbi isə qadınların və kişilərin əzələ, yağ və birləşdirici toxumaların quruluşunun fərqli olmasıdır. Kişilərin əzələ qatı daha möhkəm, dərisi isə kollegenlə zəngindir.
- Kişilər daha möhkəm yatır. Yuxuda ikən kişilərin beyninin aktivliyi 70%, qadınların beyninin aktivliyi isə cəmi 10% düşür. Bunun səbəbi isə ibtidai icmadır. Kişi ovçu olduğu üçün istirahətə ehtiyacı var. Qadın isə hər zaman yuvanı qoruyur.
- Kişilərin imuniteti daha zəifdir. Onlar hərarətə qarşı da daha həssasdır. Digər tərəfdən kişilərin bədəninin temperaturu orta hesabla qadınlardan 0,2 dərəcə daha yuxarıdır.