Aşiq olma mərhələsində qadın kişinin qüsurlarını görmür, lakin tədricən hisslər soyuduqca insan öz partnyorunu tam şəkildə nəzərdən keçirməyə başlayır. Bu zaman isə xasiyyətin mənfi tərəfləri aşkar olunur. Qadınları qıcıqlandıran kişi xasiyyətinin xüsusiyyətləri hansılardır? Bu sualın cavabı aşağıdakı siyahıda sıralanmışdır:
1. Spirtli içkilərə bağlılıq. Xüsusilə də alkoqolun aşırı istifadəsini bəhanələrlə örtmək. Məsələn: guya stress atmaq məqsədi ilə spirtli içki içmək. Əslində isə içkili kişi ətrafındakılara stress yaşadır.
2. Kompyuterdən aşırı həddə asılılıq. Baxmayaraq ki. Müasir dövrümüzdə həm gənclər, həm də yetkin təbəqə kompyuter asılılığından əziyyət çəkir qadınlar qıcıqlandıran odur ki, kişilər saatlarla oyun və sosial şəbəkələrdə vaxt keçirtməyi hər şeydən üstün tuturlar.
3. Az qazanc. Qadınların əksəriyyəti hesab edirlər ki, kişilər qazandıqlarından da çox qazanc əldə edə bilərlər. Sadəcə tənbəllik üzündən etmirlər.
4. Məişət səliqəsizliyi. Hamıya məlumdur ki. Kişilər əksər hallarda özlərindən sonra evdə səliqəsizlik yaradırlar. Qadınları qıcıqlandıran isə onların gül kimi təmizlədiyi yerləri kişilərin təmiz saxlamamaq vərdişidir.
5. Simiclik. Baxmayara qki. Kişilərin əksəriyyəti kifayət qədər maddi təmin olunmuş insanlardır. Onların öz sevimli yarına pul verməmək istəyi və ya qıymamazlığı qadınları həddindən artıq məyus edir.
6. Diqqətsizlik. Qadınlar həmişə diqqət və qayğı tələb edirlər. Onlar bunsuz sadəcə yaşaya bilmirlər. Öz tərəfdaşından bu yanaşmanı görmədikdə isə onun hisslərinə şübhə ilə yanaşmağa başlayırlar.
7. Eqoistlik. Kişilərin bu xüsusiyyəti gec-tez ya ayrılığa, ya da boşanmaya səbəb olur. Kişilər öz xasiyyətinin belə mənfi xüsusiyyəti hesabına əksər hallarda tənha qalırlar və ya heç bir uzunmüddətli münasibətlərə malik olmurlar. Kişilər üçün sağlam eqoizm işdə, karyerada vacibdir, çünki bununla onlar hər kəsə hamıdan bacarıqlı, üstün və zəruri olduğunu sübut etməyə çalışırlar və nəticədə uğur qazanırlar. Münasibətlərdə isə bunlar yolverilməzdir…