Deyilən sözlər asanlıqla münasibətləri dağıda bilər. Baxmayaraq ki bəzi cütlüklər illərlə bir yerdə xoşbəxt yaşaya bilir, ehtiyatsız deyilmiş sözlər onların münasibətlərinə son qoyur. Adətən, qadınlar sözlərə qarşı daha həssas olurlar, lakin kişilərin də eşitmək istəmədiyi ifadələr var, hansı ki bu ifadələr qadına qarşı olan hissləri tədricən soyuda bilər. Kişilərin eşitmək istəmədikləri ifadələr:
1.“Sən mama uşağısan”.
Düzdür, belə kişilər mövcuddur və bu xüsusiyyət onlardan asılı deyil. Sadəcə onların analarından aldıqları tərbiyədir, hansı ki illlərlə bu kişinin tərbiyəsinə, dünya görüşünə yeridilib. Əgər, siz belə bir adama aşıq olmusunuzsa, bu halla barışın, çünki psixologiya aləmində də təsdiq olunub ki, uşaqlıqda qazanıla xarakterik keyfiyyətləri dəyişdirmək mümükün deyil. Kişini dəyişdirmək istəyən qadın isə əksər hallarda heç nəyə nail olmur, əksinə itirir. Belə münasibətləri qəbul edirsinizsə, ona və onun anasına hörmət edin, olduğu kimi sevin.
2. “Mənə keçmiş sevgilin haqqında danış”.
Belə sualları verərkən, əvvəlcə özünüzü kişinin yerinə qoyun. Hiss edəcəksiniz ki, bu mövzu haqqında nəinki danışmaq bəzən isə heç xatırlamaq xoş deyil. Ola bilsin ki, sevdiyiniz kişi sualınızı kompleksiz şəkildə cavablandırsın, lakin bu sizin həyatınızı müsbət istiqamətdə dəyişməyəcək.
3. “Bax, o qız necə də gözəldir!”.
Bu ifadə bir çox münasibətlərə son qoymuşdur. Başqa qadının gözəlliyini siz etiraf edirsinizsə, bunu sizin partnyorunuz da edəcək. Elə, bütün problemlər, narazıçılıqlar da buradan başalayacaq: qısqanclıq, şübhələr və s. Qadın başlayacaq özünü başqa gözəllərlə müqayisə etməyə. Bu isə ilk növbədə qadının özünü, sonra isə münasibətləri məhv edəcək.
4. “Mən gözələm?”.
Bu sual özünə, görünüşümə güvənzislikdən irəli gəlir. Lakin, unutmayın ki, bu sualı veməklə siz kişinin gözündə həmişəlik özgüvəninizi itirəcəksiniz. Kişilər isə özünə inamlı, güvənən qadınları sevir.
5. “Sənin zövqün yoxdur”.
Əgər, kişinin geyimi xoşunuza gəlmirsə, bunu ona birbaşa olaraq deməyin. Sadəcə, tədricən onun köhnə geyimlərini atın və yeniləri ilə əvəz edin. Birbaşa adamın üzünə zövqsüzsən deməklə, siz onun “özünə dəyər” hissinə toxunacaqsınız. “Özünə dəyər” isə kişilərin əsas yaşam stimullarından biridir.