Harris evsiz, eşiksiz, işsiz insandır. O, küçədəoturaraq insanlardan yardım istəyir. Bir gün bir qadın onun qarşısındakı qaba bir dollar pul atıb gedir. Az sonra harris qaba baxdıqda orda bir üzüyün də olduğunu görür. Həmin üzüyün məhz o qadına məxsus olduğunu anlayan Harris hər nə qədər qadının arxasıyca qaçsa da onu tapıb üzüyü verə bilmir.
Sara Darlinq adlı həmin qadın ertəsi gün üzüyü itirdiyini görəndə çaşıb qalmış, pərişan olmuşdu.Olaydan iki gün sonra işdən qayıdan Sara Darlinq dilənçini həmin yerdə, körpünün yanında gördü.Qadını uzaqdan sezən Harris dərhal ona yaxınlaşdı.
– Miss, iki gün əvvəl pulla bahəm, üzük də atdınız qabıma. Pula görə sağ olun, Tanrı sizi qorusun! Amma üzüyü götürün. Sizi görmək, üzüyü qaytarmaq üçün iki gündür buradan tərpənmirəm, sizi gözləyirəm.
Bundan sonra Sara əri Bill Krejci ilə birlikdə xüsusi internet səhifəsi yaradaraq Harris üçün pul yığmağa başlayıblar.
GifeForward onlayn xeyriyyə saytında yaradılmış səhifə vasitəsilə Billi Rey Harris üçün artıq 143798 dollar yığıb.
5920 şəxs və təşkilat Harrisin hesabına pul köçürüblər.
“Harris üçün artıq bir ev də tapmışıq. Billi bu evi bəyəndi, amma həmin evdə yaşamağa haqqı olmadığını söylədi. O, evin satılmasını, özünə birotaqlı kiçik mənzil alınmasını, yerdə qalan pulların isə küçələrdə evsiz-eşiksizlərə yardımlar üçün xərclənməsini istəyir”, – Bill Krejci CNN-ə deyib.