Qorxu, hansı səbəblə olursa olsun insanı çarəsiz qoyan və heç kimin yaşamaq istəməyəcəyi duyğulardan biridir. Hələ ki bu; həyatımızın bizdən alınması ilə bağlı bir qorxudursa… Bəs heyvanlar? Sizcə onlar da qorxurlarmı? Ya da qorxu qarşısında bizim qədər çarəsizdirlərmi? Məhz bu sevimli inək Emma, bizə qorxunun bütün canlılar üçün ortaq bir duyğu olduğunu xatırlatdı. Həm də qəlbimizi bir xeyli yaralayaraq…
Bu dünyalar gözəli inəyin adı Emmadır…
Bir çox inək kimi o da bir süd fermasının köləsi idi. Amma yaşadığı fermanın bağlanmasıyla birlikdə kəsilməsi üçün bir qəssaba göndərilməsinə qərar verilmişdi.
Yaxşı ki, biriləri bu qətliama icazə vermədi və Emma Almaniyadakı Kuhrettung Rhein-Berg Sığınacağına aparıldı.
Emma sığınacağa getdiyi zaman qorxu içində idi; çünki kəsiləcəyini zənn edirdi.
Amma onun göz yaşları uzun müddət davam etmədi, o pis günləri arxasında buraxıb digər xilas olunmuş inəklərlə qaynaşdı 🙂 Emma sığınacağa aparıldığı zaman, digər inəklərin də olduğu yaşıl sahələrə sərbəst buraxıldı. Və digər inəklər ona sanki “xoş gəldin” dedilər.
Emma indi, təbiətdə digər inəklərlə birlikdə dinc bir şəkildə yaşayır. Amma digər bunun kimi yüzlərlə inəklər hər gün ətləri və südləri üçün istismara uğrayırlar… Məsələn daha çox süd almaq üçün süni yollarla hamilə edilirlər. Ya da yeni doğulan balalar doğumdan dərhal sonra analarından qoparılırlar…
Bu da Emmanın hekayəsini izləyə biləcəyiniz o hüznlü VİDEO…