Amerikalı yazıçı, biznesmen Julyen Smit, gənclərə qarşılarındakı 5 ildə uğur qazanmaları üçün praktik məsləhətlər verib. Bunlar aşağıdakılardır:
- Dünyaya axmaqlar lazımdır. Axmaq adamlardan pul qopartmaq və onları idarə etmək daha asandır. Təhsilinizə mümkün olduğundan daha çox diqqət yetirin. Zəngin, azad və xoşbəxt olmaq üçün gözüaçıq olun.
- Təhsil ocaqlarına kor-koranə inanmayın. Onlar dərs planlarını hazırlayana kimi sistem köhnəlir, hətta “əldən düşür”. Ona görə də oxuya-oxuya çalışmaq yaxşıdır, çünki iş, liderlik qabiliyyətini inkişaf etdirir, üstəlik, hörmət qazanırsan.
- Bacardığınız qədər çox oxuyun. Tez oxuma texnikasını mənimsəyin. Heç olmasa bir həftəyə bir kitab oxuyun.
- Hamı ilə əlaqə saxlamağa vaxt tapın. Ünsiyyət mütəxəssisi olun. İnsanlarda yaxşı və sizə xoş gələn bir cəhət tapmağa çalışın.
- Təvazökarlığa vaxt itirməyin. Təvazökarlıq qərar qəbul etmə prosesində hisləriniz üzərində hakim rolu oynayır. Bu da sizə sərf etmir.
- Əgər kiminləsə münasibətdə nəsə sizi qane etmirsə, sözləşmək yerinə münasibətinizə fasilə verin.
- Özünüzdən böyüklərlə daha çox ünsiyyətdə olmağa çalışın. Onların biliklərini, təcrübəsini qiymətləndirin, çünki yaşıdlarınızın təcrübəsi kifayət qədər deyil.
- Daha “cool” adamlarla vaxtınızı keçirin. “Cool” – yəni daha maraqlı, fərqli, istedadlı insanlar nəzərdə tutulur. Onların arasında daha yaxşı olmağa cəhd edin, yeniliklərə can atın.
- Vaxt ötdükcə daha mühafizəkar olacaqsınız. Bu faktdır. Ətrafınızdakı hər kəs bir müddətdən sonra, sizi istər-istəməz mühafizəkarlıq “şarına” salacaq. Ona görə də ən “çılğın” arzularınızı elə İNDİ gerçəkləşdirin. Sonra onları həyata keçirməyə utanacaqsınız.
- Xərclənizi maksimum azaldın. Yuxarıda dediyim o “çılğın” arzularınız üçün pul yığın.
- Bacardıqca səyahət edin. Təzə şkaf əvəzinə Parisə bilet alın. Həyatdan şkafla deyil, səyahətlə zövq ala bilərsiniz.
- Pul problemini həll edin. Nəsə almaq istəyirsinizsə, internet mağazalara baxın, yeni əvəzinə bir qədər işlənmişin və ucuzunu tapın.
- Dizayn verməyi öyrənin. Bu, həm məntiqinizi, həm yaddaşınızı, həm də təsəvvürünüzü inkişaf etdirəcək.
- Gənc yaşlarınızdan kökəlməyin. Sizin hormonlarınız əvvəllərdə köməyinizə çatacaq, bu imkanı əldə verməyin. Sonra arıqlamaq üçün idman salonlarına pul tökəcəksiniz.
- Yemək bişirməyi öyrənin. Əgər xərclərinizə diqqət yetirsəniz, daha çox yeməyə pul xərclədiyinizin fərqinə vararsınız. Ondansa evdə yemək bişirməyi öyrənin, bir dəfə pis alınsa, ikinci dəfə mütləq yaxşı alınacaq.
- Yuxuya qarşı diqqətli olun. Yaxşı yuxu və yaxşı yemək sizi artıq çəkidən xilas edəcək. “Onsuz da öləndə çox yatacağıq”, yaxud “Yatmaqdansa, iş görüm” deyirsinizsə, yanılırsınız. Yuxusuz işin effekti olmaz.
- Qeyd dəftəri tutun. Yaddaşınıza çox da güvənməyin. İşi “deyəsən eləməli idim” həddinə çatdırmayın. Görəcəyiniz işləri dəftərə qeyd edin.
- Qarşınıza məqsəd qoyun və sizə ediləcək köməkdən imtina etməyin. Əgər məqsədinizi müəyyən etməməsinizsə, həmin anı tezləşdirin.
- Bir sahə üzrə mütəxəssis olun. 5 ili bir sahənin ətrafında fırlanaraq keçirməkdənsə, elə birbaşa həmin işlə məşğul olun.
- İnsanları düzəltməyə çalışmayın. Ondansa hələ “pozulmamış” insanlar tapın.