Görmə qabiliyyəti olmadan rəssam olmaq mümkündürmü? Hər şey mümkündür..
1971-ci il təvəllüdlü John Bramblitt uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. 2001-ci ildə bu xəstəlik onu görmə qabiliyyətindən məhrum etdi. John dərin depressiyadan çıxış yolunu incəsənətdə tapdı. Xüsusi texnikadan istifadə edərək o, hisslərini kağıza tökməyə başladı. Hələ də rəngləri xatırladığını söyləyən John indi dünyanın onun üçün daha rəngarəng bir yer olduğunu söyləyir. Johnun çəkdiyi rəssamlıq əsərləri sərgilərə gələn insanları biganə qoymur.
Siz də baxın, bu əsərləri sevməmək mümkündürmü?