Nəğmələri, rəngləri, həmişə birlikdə atılan qəhqəhələri, bir-birindən ləziz yeməkləri və şirniyyatları kimi bütün gözəllikləri ilə yeni il gəlib çatdı, amma hər yerə eynimi gəlmişdir? Bunu öyrənmək üçün dünyanın dörd bir yanından fərqli Yeni il ənənələrinə göz atmaq heç də pis fikir deyil …
İspaniya
Yeni ilə Barcelonada girəcəksinizsə gecə saatlar 00: 00’ı göstərdiyində ətrafınızda üzüm yeyən insanlar görməyə hazır olmalısınız. Çünki yeni ildə tam olaraq 12 ədəd üzüm dənəsi yemək İspaniyada yeni il ənənəsi imiş.
Avstraliya
Düşünək ki, bu il yeni ildə Avstraliyadasınız. Sörf taxtası üzərindəki Şaxta Babalar, qumdan hazırlanan qardan adamlar və dəniz sahilində yeni il qeyd etmələri görsəniz təəccüblənməyin! Şaxta Babanın qədim dostları maralların da yerini kenquruların aldığına dair dedi-qodular da gəldi qulağımıza… 🙂
Hollandiya
Hollandiyalı uşaqlara hədiyyələr gətirən Sinterklaas’ın Şimal qütbündə deyil İspaniyada yaşadığına inanılırmış. Bildiyimiz Şaxta Baba kostyumundan bir az fərqli bir tərzi olan Sinterklaas’a Black Pete yoldaşlıq edirmiş. Zaman zaman irqçilik olaraq tənqid bu ənənə hər il davam etdirilmiş. Qeyd edək ki, Sinterklass maralla deyil ağ bir atla gəlirmiş.
Rusiya
Diləkləri bir kağıza yazmaq çox da maraqlı ənənə deyil. Şampan partlatmağında da bir ziyafətdə qeyri-adi olduğu deyilə bilməz. Ancaq bu kağızları yandırıb küllərini də şampana atmaq? Bununla da kifayətlənməyib Şampanı içmək? Əgər birisi çıxıb sizə “bir dilək tut, onu kağıza yaz, kağızı yandır, nuş olsun” deyirsə Rusların yeni il ziyafətində olmanız mümkündür.
Çili
Çili deyəndə ağlınıza ilk gələn Çili şərabıdırmı? Köhnə məlumatlara bir yeniləmə gətirir və bu məlumatı mərci ilə dəyişirik. Çünki ölkədə yeni ildə bir qaşıq mərci yeyən insanlara rast gəlmək təəccüblü deyilmiş. Bundan əlavə Talca adında kiçik bir qəsəbəsində də qəbiristanlıqların qapısı yeni il qeyd etmələri üçün açılırmış…
Kolumbiya
Planlarınız arasında yeni ili Kolumbiyada qeyd etmək kimi fikriniz varsa dərhal çamadanınızı götürüb yollara düşə bilərsiniz. Kolumbiyada boş çamadanla küçələrdə gəzməyin səyahətlərlə dolu bir il gətirəcəyinə inanılır.
İtaliya
Yanvar ayının əvvəlində uşaqlar qapı önlərinə bir stəkan şərab və qəlyanaltılar qoyurlar, çünki onlar Befana’nın bunları alıb yerinə hədiyyələr qoyacağına inanırlar. Maraqlı olan isə Befana nə Şaxta Baba, nə də onun köməkçilərindən deyil. Befana bir cadugərdir, amma yaxşı bir cadugər!.. Köhnəlmiş, istifadə olunmayan əşyaları da yeni ilə girmədən əvvəl pəncərələrdən aşağıya atırlarmış.
Danimarka
Bütün ilin stresini nə şampan partladaraq, nə rəqs edərək ata bilərəm deyirsinizsə, qab qırmağa nə deyərsiniz? Danimarkada insanlar bunu stress atmaq üçün də deyil sevgilərini, sədaqətlərini göstərmək üçün edirmişlər. Qapısında qablar, stəkanlar qırılanlar sevildiklərini bilib xoşbəxt olurlarmış.
İsveç
Glögg (İsti şərab) və Pepparkakor (Bəkməzli peçenye) kimi soyuq dekabr günlərinə xas ləzzətləri varmış. Saint Lucia günündə isə kilsələrdə mahnılar oxuyan qızlardan ən öndəkilərin başında şamlardan ibarət bir tac olurmuş. Saint Lucia bir paganla evlənmək istəmədiyi üçün dəfələrlə öldürülməyə çalışılmış gənc bir qızın hekayəsindən gəlirmiş. Bu qız iki əliylə yaxşılıq edə bilmək üçün ətrafını işıqlandıran şamları bu şəkildə başında gəzdirirmiş.
Bütün fərqliliklərə baxmayaraq işıqlar, rənglər, gülüşlər, qəhqəhələr gətirməsi diləyiylə yeni iliniz mübarək 🙂