Yəqin ki, onun ən azından bir filmini izləmişik. Kiçik yaşlarımdan sevmişəm bu adamı və çox böyük həvəslə çəkildiyi kinolara baxmışam. İndi isə gəlin görək onun haqqında nə bilirik?
Jim Carrey 17 yanvar 1962-ci ildə Kanadada doğulub.
15 yaşından məktəbi atmaq məcburiyyətində olub. Ailəsinə baxmaq üçün işləməyə başlayıb. Atası ona hər zaman dəstək olub və hal- hazırda güclü bir aktyordursa bunu atası sayəsində edə bilib.
10 yaşında ikən The Carol Burnett Show- ya CV göndərərək, orada işləmək istədiyini bildirib.
1979-cu ildə Hollivuda köçən Jim Carrey qarşısına məqsəd qoymuşdu! 2001-ci ildə o 10 milyon dollar qazanacaqdı. O bu məqsədinə nail oldu!
O düşünür ki, onun ən gülməli filmi Dump and Dumper-dir. Məncə, haqsızlıq edir. Onun bütün filmləri gülməlidir 🙂
Tupac türmədə olan zaman Jim hər zaman ona məktublar yazırdı. O istəyirdi ki, Tupac gülsün və daha sonrasında reper bildirmişdi ki, onun ən sevdiyi aktyor Jim Carrey-dir.
Bir müddət depresiyadan əziyyət çəkən aktyor dərmanlar qəbul edir. Daha sonra meditasiya ilə depresiyaya qalib gəlir və bir daha belə dərmanlara üz tutmur, heç qəhvə də içmir.
2004-cü ildən rəsmi olaraq Amerika vətəndaşlığını alır. Hal-hazırda həm ABŞ, həm də Kanada vətəndaşıdır.