İçimdəki Dəniz (Mar Adentro), 28 il əvvəl keçirdiyi bir qəza nəticəsində iflic qalan Ramón Sampedronun həyatının son dövrlərindən bəhs edir. Ramón Sampedro’ya can verən isə çox sevdiyimiz bir aktyor: Javier Bardemdir. Bardem bu roluyla, başda Venesiya Film Festivalı olmaq üzrə, bunun kimi bir çox festivalda bir çox mükafatın sahibi olmuşdur.


Ramon Sampedro, dənizə və üzməyə aşiq gənc bir adamdır. Keçirdiyi qəza nəticəsində illərdir yatağa məhkum bir həyat davam etdirir və belə bir həyatın bir işgəncədən fərqsiz olduğunu düşündüyü üçün də ölmək istəyir. Çünki ona görə ölüm, yenidən azad olmağın tək yoludur. Javier Bardem, film boyunca yataqdan qalxmır ancaq baxışlarıyla belə elə ovsunlayıcı bir aktyorluq sərgiləyir ki; istər istəməz empati edir və onun yaşadığı böhranı ən dərinlərimizdə hiss edirik. Filmi buradan izləyə bilərsiniz.


1. “Bir ata üçün övladının ölümündən daha pis, tək bir şey ola bilər. O da onun ölmək istəməsi. “

2. “Mən, həyatı, azadlığı sevən çox insan kimi, yaşamağın bir haqq olduğuna, amma bir məcburiyyət olmadığına inanıram.”

3. “Bir həyatı alan azadlıq, azadlıq deyil. Bir azadlığı alan həyat da həyat deyil. ”


4. “Əgər qaça bilmirsənsə və başqalarına bağlısansa gülümsəyərək ağlamağı öyrənirsən.”

5. “Həmişə oyanıram, həmişə ölmüş olmağı diləyirəm; saçların ağzıma dolanmışkən, sonsuza qədər elə qalım deyə.. “

6. “Baxın, burada yaşayırsınız, iki metr yaxınlığımda… İki metr dediyiniz nədir ki? Bir insan üçün çox əhəmiyyətsiz bir məsafədir.. Mənim üçün isə, sizə çata bilmək və toxunmaq üçün lazımlı olan o iki metr, qeyri-mümkün bir səyahətdir.. Bir xəyal… Bir yuxu… Məhz buna görə ölmək istəyirəm.”

7. “Həyat bir haqqdır; öhdəlik deyil. Eynilə ölüm kimi. “

8. “Biz cənnəti qazanacağıq, çünki bütün həyatımızı cəhənnəmdə keçirmişik.”

9. “İndi anladım ki, qarşına sənin kimi biriləri çıxdığı zaman, o cəhənnəmdə yaşamağa dəyər.”

10. “Ölüm həmişə bizimlə idi və hər zaman da olacaq. Bizim bir parçamız kimi..”

11. “Həyat, hər şeyə rəğmən gözəl deyil.”

12. “Әlil arabasını nə üçün rədd edirsən?
-Onu Qəbul etmək itirdiyim azadlığın artıqlarını qəbul etmək olardı. “

13. “Oğluma …”
Doğulmadığın üçün məni bağışla oğlum. Bu mənim günahım deyil. Səninlə oynamadığım üçün məni bağışla və mənim gedişimdən sonra doğulmusansa, səni hələ də sevdiyimi unutma. Ananı mənim üçün öp və mənə qarşı kin duyma. Nifrət həqiqətən çox pis duyğdur, bunu unutma..