Jane Eyre təkcə sevgi hekayəsi deyildir. Həmçinin insanın özünü tapmağı, həyatdakı balansını qorumağı da ön plandadır. Yetim qız çətin uşaqlıq yaşamış biri olaraq özünü kəşf etməyə başlayır. O təkcə sevmək istəmir. Həm də yaxşı insan olmaq istəyir. Bir az feministdir. O zaman üçün bu fikirlər dəlilik idi, ancaq yenə də bu əsər çox sevilir və filmi də var. Charlotte Bronte bu əsəri ilə klassik ingilis ədəbiyyatına öz töhfəsini vermişdir.
Mən 2011-ci ildəki filmini izləmişdim. Çox da bəyənmişdim. Filmin IMDB xalı 7.4-dür.
Ən sevdiyim sitatları sizlərlə paylaşmaq istədim, ancaq bunları oxuduğunuz zaman gözünüzün önündə həmən illər canlansın. 19-cu əsrə aid bu əsərdə qadının gücünü və o zamanki halını düşünün. 1847-ci ildə çap edilən kitab üçün çox güclü sözlərdir məncə.
- Kasıb, balaca və rəngsiz olduğuma görə ruhsuz olduğumu düşünürsüz? Xeyr! Mənim də sizin qədər duyğularım var və hiss etmək üçün böyük ürəyə sahibəm.
- Səssizlik əsəbləri sakitləşdirir.
- Bütün dünya sənə nifrət etsə də və yalançı olduğunu düşünsə də əgər vicdanın rahatdırsa başını dik tutmalısan!
- Bir mələk deyiləm, ölənə qədər də olmayacam! Mən özüməm və belə də qalacam!
- Bir quş deyiləm və qəfəsdə bağlı deyiləm. Bir şəxsiyyətəm və həyatımın sonuna qədər də azadam!
- Bir qadının ənənələrə qarşı çıxılacaq olsa belə öyrənmək istədiyi bir şeylər varsa, onu qınamamalısınız.
- İnsana can yoldaşı hər zaman lazımdır.
- Hər insan birilərini, bir şeyləri sevmək istər.
- Rahata alışma, insanlara çox bağlanma, həmişə bir məqsədin olsun. Eşidirsən, Jane?
- Unutmayın! Qarşınızdakını necə mühakimə edərsəniz, sizi də elə mühakimə edəcəklər.
- Hər rəsmin anlatdığı bir hekayə vardır.
- Ətrafındakı insanlar tərəfindən sevilmək, varlığınla onları xoşbəxt etmək necə də gözəldir!