7 aprel Hong Kong, Çin və Amerika aktyoru, kaskadyor, rejissor, prodüser, ssenarist, müğənni, xeyriyyəçi, döyüş sənətinin ustası, “UNICEF”in xoşməramlı səfiri Jackie Chanın doğum günüdür. Bu münasibətlə onun həyat qanunlarını sizinlə paylaşırıq.
- Mənim ruhi xəstə olduğumu düşünürsünüzsə, düşünün. Əsas odur ki, axmaq olduğumu düşünməyəsiniz.
- Filmlərdə təhlükəli səhnələrə çəkilərkən hər zaman kameraya baxıram ki, tamaşaçılar personajı dublyorsuz canlandırdığımı anlasınlar. Və filmə baxdıqdan sonra, «Təsəvvür edirsən, o bunu özü etdi və sağ!»
- Yalnız kamera sönmüş vəziyyətdə olanda mənim içimdə qorxu var. Kamera işə düşdükdən sonra mən hər şeyə hazıram.
- Mən dünyanın ən məşhur həkimi ola bilərdim, ancaq dünyanın ən məşhur xəstəsi oldum.
- Şöhrət sərf etməyən məhsuldur: bahalıdır, ancaq tez korlanır.
- Mənim kimi olmağa çalışmayın. Ən yaxşısı proqlaşdırmanı öyrənin.
- “Coca-Cola”nı qəbul etmiş və rap dinləmiş heç kəs milli mədəniyyətə qayıtmayacaq.
- İstədiyimiz hər şeyi yeyirəm. Dondurma yesəm, sadəcə 20 dəqiqə artıq məşq edəcəyəm.
- Pul hələ heç kəsi düzgün tərbiyə edə bilməmişdir.
- Kefim olmayan zamanlarda Bruce Leenin çəkildiyi filmlərə baxıram.
- Əgər Tanrı mövcuddursa, ümid edirəm ki, Hökm Günü o, mənim sadəcə insanları xoşbəxt istədiyimi nəzərə alacaqdır.
- Mənim bir ciddi problemim var: zorrakılığa nifrət edirəm.
- İstəyirəm ki, hər kəs məni Buster Keatonu xatırladığı kimi xatırlasın: əyləncəli və qorxmaz.
- Jackie Chan? O mifdir!