Müasir dövrün xanımları ağ atlı şahzadənin yalnız kitab və filmlərdə mövcud olduğunu düşünür. Onları bunun tam əksinə necə inandırmalı?
Müasir ağ atlı şahzadəni ələ verən xüsusiyyətlər bunlardır:
- O, xanımı üçün qapını açır
Maşından birinci çıxaraq xanımı üçün qapını açan bəy, sözsüz ki, qayğıkeş və tərbiyəlidir. Onun üçün xanımının özünü rahat və təhlükəsiz hiss etməsi vacibdir. Xanım isə öz növbəsində bu kiçik jesti yüksək qiymətləndirir.
- O, yeməyin son dilimini xanımı üçün saxlayır
Klişe olsa da həqiqətdir: kişinin ürəyinə gedən yol mədəsindən keçir. Əgər bəy, xanımı üçün yeməyini son dilimini saxlayırsa, bu onu həqiqətən sevdiyinə və onun qayğısını çəkdiyinə işarədir.
- O, xanımının ailəsi ilə vaxt keçirməyi sevir
O, xanımının uşaqlıq fotolarına, xatirələrinə və hekayələrinə xüsusi maraq göstərir, onun valideynləri ilə vaxt keçirməkdən isə zövq alır.
- O, xanımını təsadüfən rast gəldiyi tanışı ilə tanış edir
Həqiqi centlmen bilir ki, əgər o, xanımını təsadüfən rast gəldiyi tanışına təqdim etməsə, xanımı diskomfort hiss edəcək. O, buna yol vermir.
- O, hədiyyə etmək üçün xüsusi günləri gözləmir
Müasir ağ atlı şahzadəyə xanımını sevindirmək üçün səbəb lazım deyil. O, gül dükanının önündən keçərkən, xanımını xatırlayacaq və onun üçün mütləq kiçik bir sürpriz edəcək.