İsrailin Qəzzaya qarşı hücumuna dünya yenə bildiyimiz kimi reaksiya göstərir. Sərt şəkildə qınayır, bir az daha diqqətli olması üçün təlqin edir və ən əhəmiyyətlisi “İsrailin özünü müdafiə haqqına” hörmət göstərir. Yaxşı, İsrail nə etsə Amerika və Avropa başda olmaq üzərə dünya reaksiya göstərər? Məncə aşağıdakı 6 şərt gerçəkləşərsə…

1. İsrail müsəlmanlığı qəbul edərsə

Ağlıma gələn ilk səbəb bu oldu. Əgər İsrail müsəlmanlığı qəbul edər və hücumlarına davam edərsə dünyanın sərt reaksiyası ilə qarşılaşa bilər. Çünki neft qaynaqlarının bir müsəlman ölkə tərəfindən tam ələ keçirilməsi, Orta şərqdə kimyəvi silaha sahib bir müsəlman dövləti olması Amerikanın, Avropanın heç xoşuna gəlməz. Yəni bir gün İsrail müsəlman olarsa dünya başını əzər.

2. İsrailin Avropaya və Amerikaya zərər verəbiləcək kimyəvi silah istifadəsi

Qəzza adlandırılan yer müsəlmanların yaşadığı yerdir, Yaxın Şərq həmin şəkildə, amma İsrail Avropaya və hətta Amerikaya da təsir edə biləcək bir kimyəvi hücum etsə onda vəziyyəti ağır olar. Xoşdur belə bir silah İsrailin özününə də təsir edər, amma onlar istifadə etməzdən əvvəl əleyhqazını da hazırlamış olacaqlarından dünyada bir tək özləri qalır və dincliyi tapırlar. Amma dünya buna icazə verər mi? Öldürəcəksənsə müsəlman öldür, bizimlə nə işin var? deyə yenə vurur təpəsinə.

3. Dünya mediasında neftə bulanmış, tələf edilmiş heyvan şəkillərinin əks olunması

Bu artıq İsrailin sonudur. Dünya ölü körpə bədənlərinə, parçalanmış uşaq cəsədlərinə bir dərəcəyə qədər dözüm göstərə bilər (!) Neftə bulanmış bir Qu Quşu … xəritədən silərlər bu ölkəni. Həssas insanlardır, elə deməyin.

4.  İsrailin Orta şərqdəki bütün zəngin neft yataqlarını ələ keçirməsi

Yaxşı, vətəndaşları, insanları və uşaqları öldürürsən amma bu qədəri də çoxdur. Yəni O neft hamımızındır, Avropada anbarların dolması, Amerikaya enerjinin axması lazımdır. Xəstəxana bombala, məktəb bombala, futbol oynayan uşaqları bombala da neftlə işin olmasın!

5. İsrailin Orta şərqdə kimsəni sağ buraxmayacaq şəkildə qırğına girişməsi

Mal satacaq, neft quyularında üç qəpiyə çalışacaq kimsə qalmazsa Orta şərqin bir mənası yoxdur. Yəni, Dünya dərhal vəziyyəti ələ alır və bazarlarının, qullarının yox olmaması üçün bütün gücünü səfərbər edər. Qəzzanı yandır, dağıt nəyinə bəs etmir? Bu biri ölkələrlə nə işin var!

6.  Yəhudilər qruplaşıb Amerikada hər hansı bir binanı bombalayarsa

Necə yəni, yəhudi inancına görə dəstə təşkil edəcək və İsrail dövləti ərazisində təşkilatlanıb Amerikada binanı bomba ilə məhv edəcək. İsraili şumlayarlar!

 

Dua müsəlmanın silahıdır. Zülmün dayanması üçün dua edək