İspanlar dünyanın ən şən və sevgipərəst millətlərindəndir. İspanlar daimi yenilik, macəra və sevgi axtarışındadırlar. Buna onların xarakteri də təsir edir: cəsur, gözlənilməz, riskli və fikrini istənilən anda dəyişə bilən bir xarakter. İspanların temperamentinə baxmayaraq onlardan bir şeyi sevə-sevə öyrənə bilərik – həyatı olduğu kimi bütün üstünlük və qüsurları ilə sevmək , onun hər anından həzz almaq.
İspan müdrikliyindən seçmələr :
1. Həyatda üç “çox” və üç “az” insanın həyatın məhvə aparır: çox danışmaq və az bilmək , çox düşünmək və az fəaliyyət göstərmək , çox xərcləmək və az şeyə malik olmaq.
2. Sizinlə qeybət edənlər, başqaları ilə sizin qiybətinizi edirlər.
3. Allahdan istə, amma özün də fəaliyyətsiz qalma.
4. Şəxslər çox, şəxsiyyətlər azdır.
5. Buynuzvuran inəyə Allah buynuz vermir.
6. Borc vermək – dostluğu itirməkdir.
7. İstənilən möcüzə 2-3 saat davam edir.
8. Xarici görünüş aldadıcı, yeni dost isə etibarsızdı.
9. İçi boş qazandan çox səs-küy çıxır.
10. Nəyinsə yerində olmadığını düşmənin sevincli halı bildirə bilər.
11. Qızıl palçıqda olsa belə parıltısını itirmir.
12. Özgənin payı həmişə çox görünür.
13. Tikan olan yerdə qızıl gül də var.
14. Sakit, utancaq adam yerindən tərpənincə, zirək axmaq hər şeyi mənimsəyir.
15. Qoçaq ananın qızları tənbəl olar.
16. Yalnız xəstələndiyin zaman bilərsən kim səni səmimi qəlbdən sevir.
17. Yumruqlar nə qədər güclü və bərk olarsa, həyat bir o qədər asan olar.
18. İki nəfərin bildiyi sirr artıq sirr deyil.
19. Ən azı bir dəfə səhv etməsən, uğur əldə etməyəcəksən.
20. Paxıllıq və qısqanclığın rəngi olsaydı, bütün dünya qara rəngə boyanardı.
21.Heç kimi sərt qınamayın, çünki həmin insanı da, sizi də Allah yaradıb.