Mənə görə dünyada ən gözəl təbiəti, rahatlığı olan ölkələrdən biri məhz İslandiyadır. Mənzərələrə əsasən deyə bilərəm ki, ölmədən öncə gedilməli olan məkanlar var orada… Hələ ki, gedib görə bilməsək də, haqqında oxuyub bilək
- Nə qədər qəribə görünsə də, islandiyalıların əksəriyyəti elflərə inanır.
- İslandiya təxminən 39 min kvadrat mildir. Demək olar ki, Ohayo ştatı ölçüsündədir.
- Hər 4 ildən bir vulkan püskürmələri qeydə alınır.
- İslandiyada meşə yoxdur. Ancaq təbiəti olduqca gözlədir.
- 1989-cu ilə qədər burada pivə qanunsuz sayılırdı.
- Həftədə 43.5 saat iş saatı hesab olunur. Bu isə Avropada ən uzun iş vaxtıdır.
- İslandiyada körpələri mütəmadi olaraq çöldə gəzdirirlər.
- Bu ölkə vətəndaşlarında heç bir soyad və ya ailə adı yoxdur. Soyad əvəzinə atanın və ya ananın adından istifadə edirlər.
- İslandiya əhalisinin 60%-i Reyjavikdə yaşayır.
- Burada ən yüksək hava tempraturu (30.5 dərəcə selsi) 1939-cu ildə qeydə alınmışdır.
- Adambaşına istehlak edilən Coca-Cola sayı digər ölkələrdən yüksəkdir.
- Ancaq İslandiyada heç bir yerdə McDonald’s yoxdur.
- 2010-cu ildə İslandiyada striptiz klublar qadağan olunmuşdur.
- İslandiyada istifadə olunan enerjinin təxminən 85%-i yenilənə bilən resuslardandır.
- Əgər siz uşağınıza əvvəllər bu ölkədə istifadə olunmamış ad qoymaq istəyirsinizsə, İslandiya Adlandırma Komitəsi tərəfindən həmin ad təsdiq edilməlidir.
- İslandiya Yer üzündə insanların məskunlaşdığı son yerlərdən biridir.
- İslandlar digər xalqlara nisbətən daha çox film izləyirlər.
- Dünyanın ən qədim demokratik ölkələrindən biri İslandiyadır, 930-cu ildə yaradılmışdır.
- İslandiyada yaşasanız ilan, kərtənkələ və tısbağa saxlaya bilməzsiniz, çünki bu qanuna ziddir.
- Ölkənin milli idmanı handball’dur.
- İslandiyanın heç bir hərbi qüvvəsi yoxdur.
- Nə qədər qəribə olsa da, İslandiyada milçək yoxdur.
- İslandiya polisləri silah daşımır. İslandiyada qanun pozuntuları çox azdır, cinayət isə demək olar ki, heç yoxdur.
- Adambaşına düşən kitab və jurnal sayına görə dünyada birincidir. Ölkə əhalisinin 10%-i həyatları boyunca ən az bir kitab yayımlayırlar.
- 2010-cu ildə İslandiya əhalisinin 97.6%-in internetə çıxışı var idi. Yəqin ki, bu rəqəm indi daha da artıb.
Hansı ölkə haqqında maraqlı məlumatları toplamağımızı istəyirsinizsə, şərhlərdə qeyd edin. 🙂