Titanikin reallığı rejissor Ceyms Kemeronun “Titanik” filmində 2-ci dərəcəli şəkildə təsvir olunub. Yəgin ki, kino tarixinin əfsanəsinə çevrilən bu filmdə batan gəminin kabinələrinin birindəki qoca cütlüyü hamı xatırlayır.
Aprelin 15-i saat 00:30-da batan gəmidə evakuasiya tədbirləri başlayanda, əvvəlcə xilasedici qayıqları yarıya kimi doldururdular. Daha sonra qayıqların çatışmayacağını anlayıb insanları qayıqların bütün gücü tuta biləcəyi qədər yerləşdirməyə başlayırlar. Maraqlısı budur ki, qayıqlara birinci sinfin (lüks) qadınları və uşaqların yerləşdirirlər.
İda Şraus həyat yoldaşının xilasedci qayığa buraxılmayacağını anlayıb öz yerindən imtina etmişdir. Bu səhnəni görən ofiser cütlüyün yaşına hörmət əlaməti olaraq istisna hal kimi İsidor Ştrausa da qayıqda yer ayırır, lakin 67 yaşlı milyoner bunu özünə sığışdırmır (xilasedici qayıqda yalnız qadınlar və uşaqlar olurdu).
Artıq nəhəng gəminin yarısı suyun altında idi. İnadkar İsidor israrla İdanı qayıqların birinə oturda bilmişdir, lakin qayığı suya endirərkən İda İsidorun sonuncu dəfə əl edərək sağollaşmasına dözməyərək qayığı dayandırır. İda qayıqdan düşür və yoldaşının arxasınca qaçır. İsidor bu dəfə də onu qayığa əyləşdirməyə çalışır. İda isə ona cavab olaraq bəyan edir: “Mən həyat yoldaşımı tək buraxmayacam. Biz həmişə bir yerdə olmuşuq. Sən harda, mən orda.” Bundan sonra İda kənara çəkilərək əynindəki xəz paltonu qulluqçusuna verir və qayıqdakı yerində onu məcbur edir oturmağa. Həmin qulluqçu xilas olur və bədbəxt hadisədən sonra hələ 40 il ömür sürür.
İda və İsidor Ştrausu axırıncı dəfə görənlər onları belə xatırlayırlar: “Onlar sakitcə kənarda əl-ələ tutub dayanmışdılar. Olduqca sakit və təmkinli görsənirdilər”.