2013-cü il mart ayı İraqda müharibənin başlamasndan 10 il keçmişdir. 20 mart 2003-cü ildə, kütləvi qırğın silahını axtarmaq və Səddam Hüseyn rejimini devirmək bəhanəsi ilə güya beynəlxalq terrorizmlə bağlılığı olan suveren bir İraq ABŞ ordusu tərəfindən işğal edildi. İlk hücum “İraq azadlığı” adı altında 21 gün davam etdi və Bağdad da daxil olmaqla, bütün əsas şəhərlərin işğalı ilə sona çatdı. 30 dekabr 2006-cı ildə Səddam Hüseyn edam edildi. Bütün bu vaxtlar işğal olunmuş ölkədə partizan müharibəsi davam etmiş açıq vətəndaş münaqişəsi inkişaf etmiş və bir neçə dəfə yeni böhran olma təhlükəsi yaranmışdır. 15 dekabr 2011-ci ildə ABŞ qüvvələri Bağdadda öz bayraqlarını yüksəltmiş və simvolik olaraq hərbi kampaniyaniyalarını sona çatdırmışlar.
Müharibə ABŞ-ın qələbəsi və Səddam Hüseynin devrilməsi ilə başa çatmışdır, həmçinin kütləvi qırğın silahlarının axtarışının böyük iflasa uğraması ilə nəticələnmişdir.
16 fevral 2003-cü il, ABŞ ordusunun ölkəyə soxulmasından 1 ay öncə İraq əsgərləri təlim keçərkən
5 fevral 2003-cü il, Abşın dövlət katibi Kolin Pauel Təhlükəsizlik Şurasında ampuladakı zəhərli maddənin olduğunu və bunun İraqdakı bioloji silah hazırlanan yerdən götürüldüyünü faktla sübut etməyə çalışır. Sonra bunun uydurma yalan olduğu üzə çıxmışdır
1 mart 2003-cü il, İraq Prezidenti Səddam Hüseyn Respublikaçı qvardiyanın zabitləri ilə söhbətləşərkən
19 mart 2003-cü il, Vaşinqton, Prezident Buş müharibənin başlanması barədə məlumat verir
20 mart 2003-cü il, Küveyt, Böyük Britaniyanın BBC telekanalının əməkdaşları nüvə, bioloji və kimyəvi silahdan müdafiə geyimlərində hazır vəziyyətdə oturublar
21 mart 2003-cü il, Bağdad, İraq, Səddam Hüseynin prezident iqamətgahı alovlar içərisindədir, ABŞ təhlükəsizlik şurasının qərarlarına məhəl qoymadan müharibəni başlayır
21 mart 2003-cü il, Küveytin səhraları, ABŞ-ın 3-cü briqadasının 101-ci havadan hücum və qorunma diviziyasının əsgərləri
21 mart 2003-cü il, 3-cü briqadanın döyüşçüləri və 101- ci hava diviziyası cərgə ilə düzülmüşlər. Bu o demək idi ki. ABŞ qoşunları İraqa tərəf gedirlər
23 mart 2003-cü il, Üm Kəsr, İraq, ABŞ-ın dəniz piyadaçıları tank əleyhinə FGM-148 Javelin adlı raket kompleksinə atəş açarkən
20 mart 2003-cü il, San-Fransisko, Kaliforniya, ABŞ, Rey Jak adlı sadə Amerikanlılardan biri artıq San Fransisko Chronicle adlı qəzetdə ilk səhifəsində Müharibə başlığı ilə yazılmış məlumatı daha ətraflı oxuyur
23 mart 2003-cü il, Nəsir bölgəsi, İraq, ABŞ-ın dəniz piyadaçısı leytenant Ben Rid yaralıdır
26 mart 2003-cü il, İraq, Bağdad ətrafı, əsgərlər döyüş mövqeyindədirlər
27 mart 2003-cü il, İraq, Bağdaddakı qara tüstülər, ABŞ-ın havadan bombardmançılarının qarşısının alınması məqsədi güdür
28 mart 2003-cü il, qitələrarası strateji bombardmançı Boeing B-52 Stratofortress İraq üzərindəki missiyasını qurtararaq geri dönür
30 mart 2003-cü il, Fars körfəzi ətrafı ABŞ-ın yığılmış raket anbarı
30 mart 2003-cü il, Doha, Qatar, İdarəedici rəhbər Tommi Frenks press konfrans zamanı
23 mart 2003-cü il, Bağdad, İraq, Səddam Hüseynin büstünün ətrafı zədələnib
26 mart 2003-cü il, ABŞ-ın 3-cü briqadasının döyüşçüləri və 101-ci hava qüvvələri desant diviziyaları əsrləri artıq saxlayıblar
24 mart 2003-cü il, Bağdad ətrafı, İraq, uşaqlar qorxa-qorxa pəncərədən baş verənləri izləyirlər
24 mart 2003-cü il, İraq, Britaniya ordusu tankla Səddam Hüseynin küçədəki rəsmini dağıdır
29 mart 2003-cü il, İraq, Sanitar Riçard Bernard yaraqlı iraqlı uşağı əlində tutub
30 mart 2003-cü il, Rumayla, İraq, Daha öncə görməni məhdudlaşdırmaq məqsədiylə iraqlıların yandırdıqları yerlərdə artıq ABŞ əsgərləri dayanıb
31 mart 2003-cü il, Bağdad, İraq, İraqın administrativ binası vurulub
31 mart 2003-cü il, Əl Nəcəf,İraq, başında torba olan əsr ata qorxmuş oğlunu sakitləşdirməyə çalışır
8 aprel 2003-cü il, Basra, İraq, Şeraton mehmanxanasının içi
10 aprel 2003-cü il, Basra, İraq, Səddam Hüseynin “Al Mansur” adlı yaxtası vurulub
9 aprel 2003-cü il, Bağdad, İraq, ABŞ dəniz piyadaçıları İraq əsgərlərinin təlim keçdiyi yerdə gəzirlər
1 may 2003-cü il, Kaliforniya sahili, ABŞ, Cor Buş əsas hərbi kampaniyanın uğurla başa çatmasını işarə edir