Bu gün ki günümüzdə IQ anlayışı demək olar ki, hamıya məlumdur və hər kəs insanların IQ dərəcəsinin xüsusi testlər vasitəsilə ölçüldüyünü bilir.
XX əsrin əvvəllərində Fransada hökumət psixoloq Aldred Bine-yə uşaqların əqli bacarıqlarını ölçmək üçün testlər hazırlamasını tapşırır. Bu məqsədlə Alfred Bine tərəfindən hazırda “IQ-test” adı ilə məşhur olan test hazırlanır. Test yalnızca Fransada deyil, ABŞ-da da məşhurluq qazanır. Artıq 1917-ci ildə ABŞ hərbi qüvvələri əsgərlərin təsnifatı üçün IQ-testlərdən istifadə etməyə başladı.
Bu testdən 2 milyondan çox insan keçmişdi. Daha sonradan universitetlər və özəl şirkətlər abituriyentlərin və potensial tələbələrin yoxlanılmasında IQ testlərdən istifadə etməyə başlayır.
Çoxsaylı araşdırmaların nəticələri əcnəbi mütəxəssislərin aşağıdakı ümumi ortaq nəticələrə gəlmələrinə imkan verib:
50% insan 90-110 arası IQ-ə sahibdir;
25% insanın IQ dərəcəsi 110-dan çox, digər 25% insanın isə dərəcəsi 90-dan azdır.
IQ = 100 — daha çox rast gəlinən nəticələr;
14,5% insanda IQ = 110–120;
7% — 120–130;
3% — 130–140;
0,5 —140-dan yuxarı.
70-dən aşağı IQ dərəcəsi əqli geriliyin sübutudur.
IQ testin iki növü vardır: birinci növ 10 yaşdan 12 yaşa qədər olan uşaqların, ikinci növ isə 12 yaşdan böyük olan uşaqlar və böyüklər üçün nəzərdə tutulub. Burada yalnızca sualların çətinlik dərəcəsi dəyişir və metodika eynidir.
Hər test çox saylı müxtəlif tapşırıqlardan ibarətdir və 100-120 dərəcəlik qiymətləndirməni əldə etmək üçün testin hamısını deyil, yarısını həll etmək kifayətdir. Testin həll edilməsi üçün 30 dəqiqə tələb olunur. Ən etibarlı nəticələr 100-130 bal diapozonunda əldə edilən nəticələrdir.