1. Siz smartfonunuzu nadir hallarda söndürürsünüz. Bəli, siz əslində daha çox – ən azı  yeddi gündə bir dəfə belə olsa smartfonunuzu söndürməlisiniz. Əks halda akkumulyator həcmini itirməyə başlayır və devays əvvəlkinə nisbətən daha da az işləyir. Həm mütəxəssislər bildirirlər ki, isitifadəçilər smartfonu ondan istifadə etmədikləri halda yanılı vəziyyətdə saxlayırlarsa bu akkumulyatoru yararsız vəziyyətə gətirir. Əgər  sizin iphone sizə adi zəngli saat və ya mp3-pleyer kimi xidmət edirsə, bunun üzərində düşünün və əvəzində adi ucuz saat və ya pleyer əldə edin və yaxud sutka ərzində sadəcə gündüzlər bir dəfə belə  olsa smartfonunuzu söndürün.

2. Siz heçvaxt  Wi-Fi və Bluetoothu söndürmürsüz. Əgər sizin qadjetiniz daim yanılı vəziyyətdədirsə  modullardan isə nadir hallarda istifadə edilirsə –  bu halda enerji akkumulyatoru sadəcə boş yerə sərf olunur. Bir qayda olaraq, istifadəçi daim olaraq Bluetooth və Wi-Fi  ehtiyacı olmur, çünki onlar çox nadir hallarda istifadə olunur, buna görə də  bu modulları deaktiv edin, və onlardan yalnız zərurət yarandıqda istifadə eləyin.


3. Siz pis hava şəraiti zamanı iphone istifadə edirsiniz. Nəzərə alın ki, iphone isitfadə hava mənfi temperaturda və ya otuz dərəcədən çox olduğunda nəzərdə tutulmayıb. Əlbəttə, heçkəs bütün qış boyu “ayfonun” istifadəsindən tam imtina etməz, amma sadəcə, nəzərə alın ki, belə hava şəraiti sizin sevimli smartfonunuzun xeyrinə olmayacaq və akkumulyator soyuqdan həcmini itirəcək; aparat zaman keçdikcə mütəmadi olaraq ilişməyə, donmağa başlayacaq. Ən azı, smartfonunuza yaxşı üzlük alınması üzərində düşünün və şaxtada iphone küçədə cibinizdən çıxarmamağa çalışın.


4. Siz mütəmadi olaraq bütün gecə iphone şarja qoyursunuz. Şübhəsiz ki, bu üsul çox rahatdır, lakin onu unutmayın ki, belə hallda smartfonun enerji yığımı başa çatdıqdan sonra şəbəkəyə qoşulmuş vəziyyətdə daha uzun müddət qalır. Bu, akkumulyatorun korlanmasına səbəb olur və zaman keçdikcə batareyanın enerjisi azalmağa başlayır. Mütəxəssislər qeyd edirlər ki, akkumulyatorun ən möhkəm fəaliyyəti smartfonunuzu 100% əldə olunana qədər şəbəkədən ayırdığınız halda təmin olunacaq.


5. Siz smartfonunuzun şarjını 0% olanadək endirməyə yol verirsiniz. Ancaq “ayfonlardakı” li-ion tipli akkumulyatorlar  50-80% səviyyəsində şarjı xoşlayırlar, akkumulyatorun tam boşalması halında, batareya içində olan ionlar öz xassələrini itirirlər.



Bu qaydaların hamısına riayət etmək məcburiyyətində deyilik nədə olsa “ayfon” sadəcə bir əşyadır, lakin bəzilərinə riayət etsək bu sadəcə olaraq bizim işimizi asanlaşdıracaq.