İntrovert ünsiyyətcil deyil
Bu belə deyil. İntrovert yalnız səsləndirəcək bir fikri olmayan zaman susur, çünki o, hər mövzuda danışmağı sevmir. İntrovertin maraq göstərdiyi mövzulara toxunsanız o, sakitliyini elə bir pozacaq ki, dayandıra bilməyəcəksiniz.
İntrovert utancaqdır
Utancaqlığın introversiya ilə əlaqəsi yoxdur. İntrovert insanlardan qorxmur, amma ünsiyyət qurmaq üçün ona səbəb lazımdır, çünki o, ünsiyyət xətrinə ünsiyyət qurmağı sevmir.
İntrovert insanları sevmir
İntrovertə dostlarının sayını göstərmək üçün tək əlinin barmaqları bəs edir, lakin introvert qurduğu dostluqların dəyərini bilir. İntrovert dostunuz varsa, bəxtiniz gətirib, çünki onunla dostluğunuz əbədi olacaq.
İntrovert hər zaman tək qalmaq arzusundadır
İntrovert təklikdən də xüsusi zövq almağı bacarır. O, düşünür və xəyal qürur, lakin yanında düşüncələrini paylaşacaq insan tapmayanda o, özünü tənha hiss edir və hər zaman yanında qala biləcək bir insana ehtiyac duyur.
İntrovert qəribə və kobuddur
İntrovert öz aləmində yaşayır və içinə qapanır, çünki onun daxili aləmi onun üçün daha maraqlı və faydalıdır. O kobud deyil, səmimidir.
İntrovert əylənməyi bacarmır
Bu belə deyil. Sadəcə olaraq introvertin əyləncə anlayışı fərqlidir. O, təbiətdə və ya evdə əylənməyə üstünlük verir. Səs-küylü məkanlar və adrenalin ona görə deyil.
İntrovert ekstravertə çevrilə bilər
İntrovertlər olmasaydı, dünyada rəssam, musiqiçi, şair, filosof və alimlərin sayı bu qədər çox olmazdı. Və xoşbəxtlikdən intorvertin temperamenti deyişmir və dəyişməyəcək.